Əli Həsənov: “Siyasәtimiz Azәrbaycan xalqının maraqları üzәrindә qurulub" AÇIQLAMA

Əli Həsənov: “Siyasәtimiz Azәrbaycan xalqının maraqları üzәrindә qurulub" AÇIQLAMA

"Biz bölgәdә balanslı, qarşılıqlı faydalı münasibәtlәrә yönәlәn partnyorluq siyasәti yürüdürük və bunda maraqlıyıq". SİA-nın məlumatına görə, bu fikirləri Azərbaycan Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov bu gün Prezident Administrasiyası ilə Gənclər və İdman Nazirliyinin birgə mətbuat konfransında səsləndirib.

Əli Həsənov bildirib ki, SSRİ dağıldıqdan sonra Azərbaycan müstәqillik qazanmış 15 ölkәdәn biri olub: "O zaman qarşımızda 3 yol var idi. Biri post-sovet ölkәlәri ilә münasibәrlәri davam etdirmәk, digәri Qәrb, Avropa dәyәrlәri istiqamәtindә fәaliyyәt göstәrmәk vә üçüncüsü Asiya ölkәlәrinin siyasiәtinә qoşulub müstәqil siyasәt yürütmәk. Hәr üç seçim cәlbedici görünsə də özlərinə görə problemlәri dә var idi. 1990-93- cü illәrdә Azәrbaycanda vәtәndaş qarşıdurması, xaos yaşanırdı. 1995-ci ildә Konstitusiya qәbul edildi. Azәrbaycan prezidenti açıq-aşkar bәyan edib ki, biz öz yolumuzla gedirik və siyasәtimizin әsas mahiyyəti Azәrbaycan xalqının maraqları üzәrindә qurulub. O yerdә ki, Azәrbaycanın maraqlarına uyğun yürdülәn siyasәt var, orada Azәrbaycan var olacaq. Çünki dövlətimiz daim qarşılıqlı, faydalı, ikitәrәfli münasibәtlәrә üstünlük verir. Ona görә hәm İran, hәm ABŞ, İsrail, hәm də Türkiyә ilә münasibәtlәr qururuq. Azәrbaycanın maraqlarına söykәnәn, heç kimin maraqlarına kölgә salmayan bütün yollar bizim marağımıza uyğundur vә bu regionda әn keçәrli, düzgün siyasәtdir".

İntizarə Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə