Moskvada Qaliblərin beynəlxalq Forumu keçirilir YENİLƏNİB-FOTOLAR

Moskvada Qaliblərin beynəlxalq Forumu keçirilir YENİLƏNİB-FOTOLAR

Moskvada "Birgə qazanlmış Böyük Qələbə" adlı Beynəlxalq Forum Əbədi Məşəl önünə gül dəstələrinin qoyulması ilə başlayıb. SİA-nın verdiyi məlumata görə, genişmiqyaslı tədbirə 16 ölkədən 500-ə yaxın nümayəndə qatılıb.

Tədbirin baş qəhrəmanları, təbii ki, qalib əsgərlər, Böyük Vətən müharibəsinin veteranlarıdır. Forum Böyük Vətən Müharibəsi Mərkəzi Muzeyində keçirilir.

Plenar iclasda Rusiya Prezidentinin regionlararası və xarici ölkələrlə mədəni əlaqələr üzrə idarəsinin rəisi Vladimir Çernov çıxış edərək prezident Vladimir Putinin məktubunu oxuyub.

Qələbə Günü ilə bağlı keçirilən tədbirin proqramına uyğun olaraq, Böyük Vətən Müharibəsinin iştirakçısı, "Qələbə" Təşkilat Komitəsinin sədri, admiral Aleksey Sorokin, Rusiya prezidentinin beynəlxalq mədəni əlaqələr üzrə xüsusi nümayəndəsi, MDB dövlətlərarası humanitar əlaqələr fondunun həmsədri Mixail Şvıdkoy, Rusiya xarici işlər nazirinin müavini Qriqori Karasin və başqaları tədbirdə çıxış ediblər.

Tədbirdə çıxış edən Aleksey Sorokin veteranların adından tədbir iştirakçılarına təşəkkürünü bildirib. O söyləyib ki, müharibədə qazanılan qələbə ata-babalarımız arasında olan dostluq bağlarını daha da möhkləmləndirib: "Müharibə zamanı Sovet xalqı görünməyən iradə və cəsarətini ortaya qoyub. Xalqlar arasında dostluq müharibədə qazanılan qələbənin əsas faktoru olub".

MDB dövlətlərarası humanitar əlaqələr fondunun həmsədri Mixail Şvıdkoy qonaqların diqqətinə çatdırıb ki, artıq 1941-ci ildə nasimz üzərində ilk qələbə qazanılmışdı: "Hər bir keçmiş Sovet ölkəsində vətənini müdafiə edən ailəyə rast gəlmək mükündür. Onlar ölkələri üçün mübarizə aparıblar. Bu bayram ömrümüz boyu qəlbimizdə yaşayacaq. Onu unutmaq ata-babalarımızı unutmaq deməkdir".

Çıxış edən Qriqori Karasin isə Forumun Rusiya üçün əhəmiyyətindən danışıb. O deyib ki, tədbirin Məhz Moskvada keçirilməsi Rusiya üçün böyük əhəmiyyət kəsb edir: " Bu cür tədbirlərin keçirilməsinə 2010-ci ildən başlanıb və artıq ənənə halını alıb. Bu gün biz bütün xalqların qələbə uğrunda apardıqları birgə mübarizədən danışırıq. Bizi müdafiə edənlərin qarşısında baş əyirik".

"Avrasiya Araşdırmalar İnstitutunun" İnkişaf Fondunun prezidenti Valeriy Tursunov da çıxış edərək deyib ki, o zaman xalqlarımızın, ölkələrimizin çəkdiklərini indiki dövrdə təsəvvür etmək çox çətindir bəlkə də mümkün deyil: "Biz veteranlarımızı qorumalı və hər zaman yadda saxlamalıyıq. Bu tariximizi yeni nəslin yaddaşına köçürməliyik. Biz ortaq tariximizi qorumalıyıq".

Ukrayna Milli Elmlər Akademiyasının akademiki Petro Talochka Ukraynanın Böyük Vətən Müharibəsindəki rolundan danışıb. O bildirib ki, digər xalqlar kmi Ukraynanında qələbənin əldə edilməsində böyük əməyi var: "Bu gün Ukraynada bir çoxları deyir ki, bu bizim deyil, Stalin və Hitlerin müharibəsidir. Amma bu belə deyil. Döyüşdə 6 milyon ukraynalı vəfat edib. Buna necə demək olar ki, bizim müharibə deyil? Əksinə qələbənin qazanmasında Ukraynanın töhfəsi digər Avropa ölkələrindən daha çoxdur".

Qeyd edək ki, tədbir bölmələr üzrə davam etdiriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə