Asim Mollazadə: “Bu, ASALA-nın yeni hədəsidir”

Asim Mollazadə: “Bu, ASALA-nın yeni hədəsidir”

"Erməni terror təşkilatı ASALA-nın fəaliyyətinə beynəlxalq aləmdən ciddi reaksiyalar verilmədiyinə görə, fəaliyyətini davam etdirə bilir". Bunu SİA-ya Demokratik İslahatlar Partiyasının sədri, millət vəkili Asim Mollazadə deyib.

Millət vəkili deyib ki, bu, ASALA-nın yeni təhdididir: "Türklərə nifrətlə yaşayan ASALA erməni diasporalarından aldıqları dəstəklə terror fəaliyyətini davam etdirir. Sadəcə olaraq beynəlxalq ictimaiyyətdən dəstək lazımdır ki, terrorla mübarizə zamanı yenidən ASALA-nın təhdidlərinə cavablar verilsin".

A. Mollazadə əminliklə vurğulayıb ki, Türkiyə kifayət qədər güclü dövlətdir və növbəti terror hadisəsinin qarşısını alacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə