Erməni əsgərlərinin ölümünün səbəbləri AÇIQLAMA

Adil Əliyev: “Günahkar Sarkisyan rejimidir”
Erməni əsgərlərinin ölümünün səbəbləri AÇIQLAMA

"İstər Ermənistan ordusunda istərsə də işğalçı ölkənin qondarma Dağlıq Qarabağ Respublikasında hərbi xidmət keçən əsgərlərin intihat etmələrində əsas baiskar Sarkisyan rejimidir". Bu fikirləri SİA-ya açıqlamasında Milli Məclisin Təhlükəsizlik və Müdafiə Komitəsinin üzvü Adil Əliyev "DQR"-də erməni əsgərləri arasında baş verən intihar hadisələrinə münasibətini bildirərkən deyib.

Millət vəkili qeyd edib ki, əslində işğal ollunmuş ərzilərimizdə bu kimi halların baş verməsi və davamlı hal alması heç də təəccüblü deyil: "Hesab edirəm ki, burada əsas səbəblərdən biri ilk növbədə Ermənistanın iqtisadi tənəzzülə uğraması və bunun fonunda insanların sosial həyat şəraitlərinin acınacaqlı olması faktoru dayanır. Digər tərəfdən, Sarkisyan rejiminin Qarabağlı klanı ətrafındakı fəaliyyəti də Ermənistan ictimaiyyətinin kəskin hiddətinə səbəb olmaqdadır. Sirr deyil ki, bütün dövrlərdə erməni ictimaiyyəti arasında "irəvanlı"-"qarabağlı" qarşıdurmaları mövcud olub. Bu gün Serj Sarkisyanın əslən qarabağlı olaraq Ermənistana rəhbərlik etməsi bu hiddəti daha da artırır. Çünki onun apardığı "siyasət" yalnız Qarabağ klanına xidmət edir".

Adil Əliyev onu da vurğulayıb ki, bu gün heç bir erməni anası öz övladının Dağlıq Qarabağda xüsusilə də cəbhə bölgələrində hərbi xidmət keçməsini istəmir: "Məhz bu səbəbdən həmin ölkədə fəaliyyət göstərən qadın təşkilatları, əsgər analarının birləşdiyi qurumlar davamlı şəkildə Ermənitsan hakimiyyətinə öz etirazlarını bildirirlər. Ancaq orada vəziyyət elə bir həddə inkişaf edib ki, hətta əsgər analarına qarşı belə ən sərt tədbirlər görülür. Buna bariz misal kimi ötən ayın əvvəllərində polisin əsgər analarına qarşı göstərdiyi vəhşiliyi nümunə kimi deyə bilərik. Əslində bu, əsgər analarına qarşı törədilən birinci vəhşilik aktı deyil. Belə hallar dəfələrlə təkrarlanıb. Ancaq təəssüflər olsun ki, ana hər yerdə ana olduğu kimi Ermənistanda bu məhfum qəbul edilmir".

Millət vəkili son olaraq onu da qeyd edib ki, bu gün orada baş verən əsgər ölümlərinin ən əsas səbəblərindən biri də hərbçilər arasında mövcud olan sarsıntı, psixoloji vəziyyət və bu kimi digər reallıqlardır: "Eyni zamanda cəbhə bölgələrində "dedovşina" amillərinin artması da nəticə etibarı ilə tələfata səbəb olur. Əlbəttə ki, mən bir daha əminliklə deyə bilərəm- bu gün Ermənistanda və Dağlıq Qarabağda baş verən intihar və ölüm hadisələrinin köklü səbəbkarı Sarkisyan rejiminin işğalçılıq siyasətini yürütməsidir".

İntizarə Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə