Aytən Mustafayeva: “Onlar ölkəmizin təcrübəsindən ibarət dərsi götürməlidirlər” MÜNASİBƏT
"İşğal olunmuş ərazilərdə dini, tarixi abdidələrin qorunması, eyni zamanda erməni separatçıları tərəfindən Azərbaycan ərazilərində dini abdidələrin (məscidlər, alban və provoslav kilsələri) sökülməsi problem olaraq qalır. Terrorizm heçnəyi qorumur, heç bir inkişafa imkan vermir və tarixə hörmət etmir". SİA-nın məlumatına görə, bunu bu gün jurnalistlərə açıqlamasında Azərbaycan Milli Elmlər Akademiyasının İnsan Hüquqları İnstitutunun direktoru, millət vəkili Aytən Mustafayeva deyib.
Deputatın sözlərinə görə, erməni terrorizm heçnəyi qorumur, heç bir inkişafa imkan vermir və tarixə hörmət etmir: "Azərbaycan nümunəvi cəmiyyət olaraq bütün tarixi boyunca öz tolerantlığını göstərib. Bu gün Avropada cərəyan edən hadisələr, radikalizm, anti-islam hərəkatlar onu göstərir ki, Azərbaycan onlar üçün hələ çox böyük nümunədir. Onlar ölkəmizin təcrübəsindən ibarət dərsi götürməlidirlər. Baxmayaraq ki, Avropa Konvensiyası məhz orada qəbul olunub. Həmin Konvensiyanın 9-cu maddəsi dini azadlıqlara həsr olunub".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB