Ötən gün Pakistan İslam Respublikasının Senatının Sədr vəzifəsini icra edən Sabir Əli Bəluc Azərbaycan Respublikasının Pakistandakı səfiri Daşqın Şikarovun şərəfinə ziyafət verib. Azərbaycan Xarici İşlər Nazirliyindən SİA-ya verilən məlumata görə, tədbirdə Senator Rafiq Racvana, senator Yousaf Badini, senator Seyfulla Maqsi, senator Xalidə Pərvin, Milli Assambleyanın üzvləri, Pakistanda akkreditə olunmuş bir sıra ölkələrin səfirliklərinin nümayəndələri və tanınmış siyasi xadimlər iştirak ediblər.
Nahar zamanı S.Ə. Bəluc iki ölkə və xalqlar arasında münasibətlərin səmimi dostluğa arxalandığını qeyd edərək onların bütün sahələrdə inkişaf etdiyini bildirib. S.Ə.Bəluc Pakistan Senatında Ermənistan-Azərbaycan münaqişəsinə dair iki qətnamənin qəbul edildiyini qeyd edib. Sabir Əli Bəluc Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın Pakistanın bütün əyalətlərində təhsil, səhiyyə və humanitar sahələrdə həyata keçirtdiyi humanitar layihələrə görə minnətdarlığını bildirib və bu nəcib missiyanın bunun Pakistan xalqı və rəhbərliyi tərəfindən yüksək qiymətləndirdiyini xüsusilə vurğulayıb.
Tədbir zamanı Səfir D.Şikarov iki ölkə arasında mövcud olan dostluq münasibətlərindən söhbət açıb. Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi daxil olmaqla bütün məsələlərdə Pakistanın ölkəmizə indiyə dəstəyinin yüksək qiymətləndirildiyini diqqətə çatdırıb.
Həmçinin, səfir D.Şikarov Azərbaycanda aparılan islahatlar, ölkəmizin əldə etdiyi nailiyyətləri və yaxın gələcəkdə keçirilməsi nəzərdə tutulan irimiqyaslı beynəlxalq tədbirlər barəsində məlumat verdi.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB