Zərdab

Dekabrın 4-də Yeni Azərbaycan Partiyası (YAP) Zərdab rayon təşkilatının nəzdində yaradılan Seçki Qərargahının təbliğat qrupu seçicilərlə növbəti görüşünü rayonun İsaxbağı, Böyük Dəkkə və Qaravəlli kəndlərində keçirib. Görüşdə YAP Zərdab rayon təşkilatının sədr müavini, YAP Zərdab rayon qərargahının və təbliğat-təşviqat qrupunun üzvü Vüsalə Kərimova, Seçki Qərargahının üzvləri İlham Musayev, Məkkə Həmidova, YAP Zərdab rayon təbliğat-təşviqat qrupunun üzvü, şair Mübariz Səfiyaroğlu iştirak ediblər.
Çıxış edənlər bildiriblər ki, Prezident İlham Əliyevin daim diqqət və qayğısını öz üzərlərində hiss edən zərdablılar əvvəlki seçkilərdə olduğu kimi, bələdiyyə seşkilərində də böyük fəallıq və coşqu nümayiş etdirəcəklər: "Bu siyasi kampaniyanın yüksək səviyyədə keçirilməsi üçün zərdabılılar yenədə fəalıq göstərəcəklər. Zərdab seçiciləri dəyişməz mövqedən çıxış edərək Yeni Azərbaycan Partiaysının Zərdab rayon təşkilatı tərəfindən namizədlikləri irəli sürülən nümayəndələrə səs verəcəklər. Bu seçkilərin də qalibi Yeni Azərbaycan Partiyası olacağına inanırıq".
Astara

Dekabrın 23-də keçiriləcək bələdiyyə seçkiləri ilə əlaqədar YAP Astara rayon seçki qərargahı tədbirlər planına uyğun olaraq təbliğat-təşviqat tədbirini davam etdirir. Dünən belə tədbirlərdən biri də rayonun Suparibağ kəndində keçirilib.
Tədbirdə çıxış edən YAP Astara rayon təşkilatının sədri Firudin Əhmədov bildirdi ki, bələdiyyələrin inkişafının daima diqqət mərkəzində saxlanılması, maddi-texniki bazasının yaxşılaşdırılması, demokratik dəyərlərə və beynəlxalq standartlara cavab verən hüquqi bazasının formalaşdırılması sistemli olaraq davam etdirilməlidir. Bu proseslərin effektivliyi və səmərəliliyi isə yalnız iqtisadi və siyasi cəhətdən güclü, stabil dövlətin himayəsi sayəsində mümkün ola bilər. Müstəqil Azərbaycan artıq 23 ildir ki, dünya xəritəsində öz layiqli yerini tutub. Bu illər ərzində əldə edilən uğurlar, nailiyyətlər şübhəsiz ki, bizim qürur mənbəyimizdir. Prezidentimiz tərəfindən aparılmış siyasi və iqtisadi islahatlar demokratik prinsiplərə əsaslanan azad cəmiyyətin qurulmasına stimul vermişdir. Azərbaycanın beynəlxalq arenada nüfuzu ildən-ilə artır və bu gün Azərbaycan dünyada ən etibarlı tərəfdaş kimi tanınır. Bələdiyyələrin fəaliyyəti də ümumi inkişafın çərçivəsində gedən bir fəaliyyət olduğu üçün heç şübhəsiz bu nailiyyətlərdən onların da payına düşən uğurlar vardır. Bu nailiyyətlər isə deməyə əsas verir ki, əvvəlki seçkilərdə olduğu kimi bu seçkilərdə də Yeni Azərbaycan Partiyasının namizədlərinə etimadın yüksək olacağına əminik".
Tədbirdə YAP fəallarından Barat Sadıxov, Əsəd Həsənov, Rahim Həsənov, Ələskər Əliyev, Aydın Məcidov və başqaları çıxış edərək "Rifah və Quruculuq naminə" YAP-ın namizədlərinə səs verəcəklərini bildiriblər.
Cəlilabad

Yeni Azərbaycan Partiyası (YAP) Cəlilabad rayon təşkilatının seçki qərargahı 23 dekabrda keçiriləcək bələdiyyə seçkiləri ilə əaqədar təbliğat-təşviqat tədbirlərini davam etdirir. Növbəti belə tədbir rayonun Uzuntəpə, Sabirabad və Hamarqışlaq bələdiyyələrinə YAP tərəfindən namizəd göstərilmiş şəxslərin təbliğat-təşviqatı ilə əlaqədar həmin kəndlərdə keçirilib. Tədbirlərdə rayon təşkilatının Şura üzvləri və partiya fəalları iştirak edib. Uzuntəpə kəndində Şura üzvü, "Yeni Gün" rayon qəzetinin redaktoru Böyükxan Bağırov, Hamarqışlaq kəndində təşkilatın Şura üzvü Əlinazim Quliyev və Sabirabad kəndində rayon Telekommunikasiya qovşağının rəisi, partiya fəalı Zaur Məmmədov seçicilər və bələdiyyə üzvlüyünə namizədlər qarşısında çıxış ediblər.
Onlar çıxışlarında dekabırın 23-də keçiriləcək bələdiyyə seçkiləri ilə əlaqədar partiyanın namizədlərinin təbliğat-təşviqat kompaniyasının böyük uğurla, seçicilərin yüksək siyasi fəallığı şəraitində davam etdiyini diqqətə çatdırıblar.
Natiqlər müstəqil Azərbaycan Respublikasının ölkə Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyevin rəhbərliyi altında inamla və sürətlə irəlilədiyini qeyd ediblər. Çıxışlarında qeyd olunub ki, YAP Cəlilabad rayonu üzrə bu ilki bələdiyyə seçkilərinə 347 namizədlə qatılıb və onların hər biri rayonun ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında fəal iştirak edən şəxslərdir. Əmin olduqlarını bildiriblər ki, seçicilərimiz 23 dekabrda yüksək siyasi fəallıq nümayiş etdirəcək və Yeni Azərbaycan Partiyasının namizədlərinə yekdilliklə səs verəcəklər.
Keçirilən görüşlərdə Uzuntəpə kəndində müəllimə Validə Babayeva və torpaq mülkiyyətçisi Turbaxan Mehtiyev, Sabirabad kəndində uşaq bağçasının müdiri Cəmilə Hüseynova və mədəniyyət işçisi Taleh Mikayılov, Hamarqışlaq kəndindən ağsaqqal Zakir Həsənov, mədəniyyət işçisi Gülbala Əkbərov və başqaları ölkə Prezidenti cənab İlham Əliyevin daxili və xarici siyasətini bəyəndiklərini, bundan sonra da ölkə rəhbərinin ətrafında daha sıx birləşəcəklərini qeyd etməklə, seçicilər arasında fəal iş aparacaqlarını, seçkilər günü Yeni Azərbaycan Partiyasının namizədlərinə səs verəcəklərini birmənalı şəkildə bəyan etdilər.
Hacıqabul

Dekabrın 3-də YAP Hacıqabul rayon təşkilatının seçki qərargahı bələdiyyə seçkilərindəki təbliğat-təşviqat işini rayonun Atbulaq kəndində davam etdirmişdir. YAP Hacıqabul rayon təşkilatının sədri Hafis Bəşirovun seçicilərlə keçirdiyi görüşə qəsəbənin ziyalıları, ağsaqqalları olmaqla 100-dək seçicisi qatılmışdı. Görüşdə çıxış edən Hafis Bəşirov dedi ki, bütün seçkilərə təkmil proqramlarla gələn YAP milyonların partiyası olduğunu əməli fəaliyyəti ilə doğruldaraq xalqla həmrəylik və birlik nümayiş etdirir. Xüsusən imzatoplama kampaniyasında mütəşəkkilliklə iştirak edən seçicilərin fəallığı partiyamıza inamın təzahürüdür. Deyə bilərəm ki, seçicilərin fəallığı partiyaya inamın təzahürüdür. Təbliğat-təşviqat kampaniyasının Seçki Məcəlləsinin tələblərinə uyğun təşkil olunması üçün maarifləndirmə işi sürətləndirilir. Bələdiyyələrin daha səmərəli işləməsinə yönəldilmiş qərar və qanunların həyata keçirilməsində, səlahiyyətlərinin artırılmasında da məqsəd qurumun əhali ilə birgə fəaliyyəti üçün imkanları genişləndirməkdir. Vətəndaş cəmiyyətinin və demokratiyanın bariz nümunəsi olan bələdiyyələrdə YAP üzvlərinin, xüsusilə gənclərin və qadınların üstünlük təşkil etməsi və qələbə qazanması xalqın istəyindən irəli gəlir.
YAP Hacıqabul rayon təşkilatının idarə heyətinin üzvü Məhəmməd Mirzəyev çıxışında dedi ki, ötən siyasi kampaniyalarda olduğu kimi yerli özünüidarəetmə orqanlarına namizədliyi irəli sürülən partiya üzvlərimiz, fəallarımız, xüsusilə gənclərimiz siyasi hazırlıq nümayiş etdirirlər. Bu imkan verir deyək ki, bu seçkidə də namizədlərimizin qələbəsi şəksizdir.
Görüşdə çıxış edən YAP Hacıqabul rayon təşkilatının Gənglər Birliyini sədri Saleh Ələsgərov bildirdi ki, minlərlə üzvü olan YAP Hacıqabul rayon təşkilatı bütün siyasi kampaniyalarda olduğu kimi, yerli özünüidarəetmə orqanlarına seçkilərə də mütəşəkkilliklə başlayır. Seçici siyahıları dəqiqləşdirilib, əhali arasında görüşlər keçirilib, söhbətlər aparmaq üçün fəallar müəyyənləşdirilib, ilk dəfə səs verəcək gənclərə seçkilərin əhəmiyyəti və mahiyyətinin izah olunması baxımından əyani vasitələrdən istifadə üçün şərait yaradılıb. Təbliğat kampaniyasında bir nəfər kimi iştirak edən fəallarımız birlik və həmrəylik nümayiş etdirərək vahid mövqedən çıxış edir, namizədlərinin qələbəsi üçün təşviqat kampaniyasını səmərəli təşkil edirlər.
Görüşdə bələdiyyə üzvlüyünə namizədlər və rayon ağsaqqalları da çıxış edərək bu seçkinin əhəmiyyətindən, insanların bələdiyyəyə inamından danışdılar.
Bərdə

YAP Bərdə rayon təşkilati pariya fəalları və namizədlərlə təntənəli görüş keçirib. Görüşdə Milli Məclisin deputatları Bəxtiyar Sadıqov, Tahir Rzayev, Elman Məmmədov, YAP Mərkəzi Aparatının məsul işcisi Araz Xudadanov, YAP rayon təşkilatının rəhbərliyi, rayon təşkilatının Şura üzvləri, ərazi ilk partiya təşkilat sədrləri, partiya fəalları və KİV nümayəndələri iştirak ediblər.
Yığıncağı YAP Bərdə rayon təşkilatının sədri Fəqət xanım Şadlinskaya açaraq Yeni Azərbaycan Partiyasının ölkənin içtimai - siyasi həyatındakı fəaliyyətindən, möhtərəm Prezidentimiz, Partiyamızın Sədri cənab İlham Əliyevin rəhbərliyi altında ulu öndər Heydər Əliyevin nurlu ideyalarının həyata keçirilməsindən, seçkiyə hazırlıqla bağlı rayon təşkilatının gördüyü işlərdən danışdı. O, bugünkü tədbirin təbliğat məqsədli olduğunu bildirdi.
Görüşdə çıxış edən Milli Məclisin deputatı Bəxtiyar Sadıqov ölkədə aparılan quruculuq işlərindən, demokratik islahatlardan danışaraq dedi ki, bu gün bələdiyyə strukturları vətəndaş cəmiyyətinin inkişafında, sakinlərin öz məhəllə və kəndlərini idarəetmədə inanılmış idarəetmə vasitəsinə çevrilib. Xüsusən son illərdə bələdiyyələrin səlahiyyətlərinin artırılması bu strukturlara inamın nəticəsidir. Ölkə miqyasında aparılan islahatların tətbiqində YAP-ın böyük xidmətləri olduğu kimi yerli idarəetmə orqanlarında partiyanı təmsil edən nümayəndələr də əhali arasında böyük hörmət qazanmış, məhəlli problemlərin həllində yaxından iştirak edirlər.
Görüşdə çıxış edən Milli Məclisin deputatı Elman Məmmədov dedi ki, yerli özünüidarəetmə orqanlarında gənclərin və qadınların sayının artması daim gəncləşən partiyamızda demokratiyanın inkişafının göstəricisidir. Eyni zamanda, ölkəmizin inkişafına artıq bələdiyyyələr də öz töhfələrini verməkdədirlər. Belə ki, onların ərazilərdə aparılan yenidənqurma və abadlıq işlərində önəmli payı var. Artıq bələdiyyə idarəçiliyi sistemində kifayət qədər irəliləyiş var və müəyyən təcrübə toplanılmışdır. Bələdiyyələrin hüquqi bazası möhkəmlənmiş, nüfuzu artmış, əhalinin yerli özünüidarəetmə orqanlarına inamı çoxalmışdır.
Milli Məclisin deputatı Tahir Rzayev bələdiyyə seçkilərinin mahiyyətindən, 2009-2014 -cü illər ərzində bələdiyyələrin öz üzərinə düşən vəzifələrin yerinə yetirməsindən danışaraq bildirdi ki, artıq ölkədə bu instituta inam artmaqdadır.
Yekunda YAP Bərdə rayon təşkilatının sədri Fəqət Şadlinskaya bildirdi ki, YAP bələdiyyə seçkilərinə inamla və aydın proqramla gedir. Seçicilərin partiyaya olan inamı və dəstəyi bu proqramın həyata keçirilməsinə, bir sözlə, əhaliyə daha keyfiyyətli bələdiyyə xidməti göstərilməsinə şərait yaradacaqdır. Ona görə də bu seçkilərdə də ən layiqlilərini seçməklə biz inkişaf edən, xalqa xidmət göstərən yerli özünüidarəetmə orqanlarının formalaşmasına nail olacağıq.
Salyan

Yeni Azərbaycan Partiyası Salyan rayon təşkilatının bələdiyyələrə seçkilərlə bağlı təbliğat kampaniyası davam edir. Bu münasibətlə dünən rayonda namizədlər və partiya fəalları ilə geniş tərkibdə görüş keçirildi. Görüşü YAP Salyan rayon təşkilatının sədri Rəşad Səbrayılov açaraq dedi ki, Azərbaycan demokratik inkişaf yolunda irəliləyən aparıcı dövlətlər sırasında mühüm yerini tutmaqdadır. Belə ki, ölkəmizdə istər demokratiya, istərsə də vətəndaş cəmiyyəti quruculuğu kifayət qədər inkişaf etmişdir. Bu önəmli tendensiyalar ölkəmizdə keçirilən bütün seçkilərdə özünü göstərməkdədir. Bu baxımdan, YAP-ın bələdiyyə seçkiləri ilə bağlı apardığı işləri təhlil edərkən belə qənaətə gəlmək olur ki, ölkəmizdə keçirilən bütün seçki proseslərində demokratiya faktoru əsas amil kimi qiymətləndirilir. Biz bu ayın 23-də keçiriləcək bələdiyyə seçkiləri barədə məhz həmin fikirləri əsas götürürük. Çünki qeyd edilən amillər bilavasitə bələdiyyələrin uğurlu fəaliyyətinə səmərəli təkan, stimul verir.
R.Cəbrayılov çıxışında dedi ki, bələdiyyə seçkilərinin daha bir önəmi bu strukturun ölkənin inkişafına verəcəyi töhfələrdir. Daha dəqiq desək, ölkəmizin sosial-iqtisadi yüksəlişində bələdiyyələr də inkişafa dəstək olduqlarını nümayiş etdiriblər.
Görüşdə iştirak edən YAP İdarə Heyətinin üzvü, Milli Məclisin Regional məsələlər komitəsinin sədri Arif Rəhimzadə çıxışında bildirdi ki, YAP ölkədə alternativsiz siyasi qüvvədir. Məhz bu səbəbdən də bələdiyyə seçkilərində də qələbə bizim namizədlərin olacaqdır. Çünki ötən illərdə keçirilən bütün seçkilərdə YAP-ın üstün qələbəsi hər bir kəsdə bu əminliyi, bu inamı yaratmaqdadır.
Eyni zamanda seçicilərin partiyamıza etimadının davamlı olaraq artması faktı YAP Sədri, Respublika Prezidenti cənab İlham џliyevin liderliyi ilə ölkəmizin sürətli inkişafından, insanların sosial-rifah halının yüksəlməsindən qaynaqlanır. İnanıram ki, Salyan rayonunda seçicilər bu dəfə də partiyamızın namizədlərinə səs verməklə qəsəbələrinin, kəndlərinin inkişafına səs vermiş olacaqlar.
Görüşdə çıxış edən Milli Məclisin deputatı Rüstəm Xəlilov dedi ki, mən bələdiyyə seçkilərinə hazırlıqla bağlı partiyamızın rayon və şəhər təşkilatları sədrlərinin ümumrespublika müşavirəsində verilən tövsiyə və tapşırıqları xatırlatmaq istərdim. Belə ki, ümumrespublika müşavirəsində bu kimi məsələlərə toxunan YAP Sədrinin müavini-İcra katibi cənab Əli Əhmədov vurğulamışdır ki, əsas məqsəd bələdiyyə seçkilərində YAP-ın böyük qələbə qazanması, yerli özünüidarə orqanlarında partiyamızın yüksək təmsilçiliyinin təmin olunmasıdır. Təbii ki, bu qələbə üçün bütün əsaslar mövcuddur. Çünki Prezidentimizin rəhbərliyi altında həyata keçirilən siyasət nəticəsində ölkəmiz dinamik inkişaf edir. Ona görə də bir daha tam əminliklə deyə bilərəm ki, bütün bu amillər YAP-ın bələdiyyə seçkilərində istinad edəcəyi ciddi faktlardır. Bu baxımdan, bizim hər birimiz inanırıq ki, bu faktların sayəsində YAP növbəti bələdiyyə seçkilərində qələbə çalaraq, yerli özünüidarə orqanlarındakı uğurlu fəaliyyətinə yeni inkişaf tempi gətirəcəkdir. Görüşdə bələdiyyə üzvlüyünə namizədlərdə çıxış etdilər.
Xəzər rayonu

YAP Xəzər rayon təşkilatını təmsil edən bələdiyyə üzvlüyünə namizədlərlə seçicilərin görüşündə qeyd olundu ki, yerli özünüidarəetmə orqanlarının səlahiyyətlərinin artırılması beynəlxalq təcrübəyə əsaslanır
Yerli özünüidarəetmə orqanlarına seçkilərin təbliğat-təşviqat mərhələsi çərçivəsində Yeni Azərbaycan Partiyasının bələdiyyə üzvlüyünə namizədlərinin seçicilərlə görüşləri davam edir. Hazırlıq işlərinin lazımi səviyyədə qurulması seçkilərin nəticələrinə təsir göstərən amillərdən biridir. Namizədlərin irəli sürülməsi və imzatoplama kampaniyalarını uğurla başa vuran YAP bələdiyyə üzvlüyünə namizədlərinin sayına görə də öndədir.
YAP Xəzər rayon təşkilatından irəli sürülən bələdiyyə üzvlüyünə namizədlərin seçicilərlə görüşündə çıxış edənlər Azərbaycanda dinamik sürətlə davam edən inkişafdan danışaraq qarşıdakı illərdə daha böyük nailiyyətlər qazanılacağına inamlarını ifadə etdilər. Bildirildi ki, dövlət başçıları arasında daxili və xarici siyasəti dəstəklənən Prezident İlham Əliyevin rəhbərlik etdiyi Yeni Azərbaycan Partiyası bu tərəqqinin ön sıralarında addımlayır.
Türkan qəsəbəsində seçicilərlə keçirilən görüşü giriş sözü ilə açan YAP Xəzər rayon təşkilatının sədri, partiyanın bələdiyyə seçkiləri üzrə səlahiyyətli nümayəndəsi Namiq Əhmədov son illərdə Azərbaycanın keçdiyi inkişaf yolundan, dünya birliyində qazandığı uğurlardan bəhs etdi:
-Son illərdə iqtisadiyyatın, təhsilin, səhiyyənin, mədəniyyətin, elmin inkişafına artan diqqət, sosial problemlərin həlli istiqamətində atılan addımlar dövlət siyasətinin əsasını təşkil edən insan amilinə qayğının ifadəsidir. Dövlət başçısı, YAP-ın Sədri İlham Əliyevin bir amalı var: Zəngin təbii ehtiyatlara, enerji resurslarına malik Azərbaycan xalqı daha yaxşı yaşamalı, ölkədə yoxsul olmamalıdır. Bu amil gündən -günə dəyişən, gözəlləşən, müasirləşən paytaxtımızın, bölgələrin simasında daha aydın görünür. Onlar üçün yaradılan belə gözəl şəraitdən məmnun qalan seçicilər dövlət başçısı ilə həmrəyliklərini onun ətrafında birləşməklə, ölkədə aparılan çoxşaxəli quruculuq işlərindəki fəaliyyətləri ilə təsdiqləyirlər.
Ölkəmizin iqtisadi göstəriciləri dünyanın tanınmış təşkilatlarının hesabatlarında öz əksini tapır. İqtisadi tərəqqi demokratikləşmə prosesinin sürətini daha da artırır, böyük uğurlara yol açır. Dünya təcrübəsində özünü doğrultmuş bələdiyyə institutunun ölkəmizdə yaradılmasının təşəbbüskarı ulu öndər Heydər Əliyevin "Demokratiya bizim strateji kursumuzun əsasını təşkil edir. Heç bir qüvvə bizi bu yoldan döndərə bilməz. Azərbaycan demokratiya yolunda inamla irəliləyir"" tezisinə sadiqliyini bütün sahələrdə təsdiqləyən Prezident İlham Əliyev yerli özünüidarəetmə orqanlarının işinin yaxşılaşdırılmasına da daim diqqətlə yanaşır, bu qayğını əməli işi ilə bildirir.
Demokratik cəmiyyətin varlığını təsdiqləyən amillərdən biri kimi seçkilərin beynəlxalq standartlara uyğun keçirilməsi, dünyanın qabaqcıl ölkələrinin təcrübəsinin ölkəmizdə tətbiqi də deyilənlərə əyani sübutdur.
"Həyatımızın elə bir sahəsi yoxdur ki, ölkədə aparılan dinamik inkişaf orada hiss olunmasın" söyləyən N.Əhmədov vurğuladı ki, bu tərəqqi
yeni institut olan yerli özünüidarəetmə orqanlarının fəaliyyətində də hiss olunur. Artıq insanların bələdiyyələrə inamı artır, məhəlli məsələlərin həllində bələdiyyələrin imkanlarından istifadəyə üstünlük verirlər.
Xəzər İnkişaf Fondunun sədri İlqar Mustafayev çıxışında qeyd etdi ki, Azərbaycanın bütün bölgələrində aparılan quruculuq işlərinə, müasirləşən infrastruktur layihələrinə diqqət yetirən hər bir
azərbaycanlı xidmətlərinə görə cənab İlham Əliyevə minnətdarlıqlarını ötən il keçirilən prezident seçkilərində Onu dəstəkləməklə bildirdilər:
-Bu inam eyni zamanda, Prezident İlham Əliyevin Sədrlik etdiy YAP-a etimadın ifadəsi oldu. Prezident İlham Əliyevin "Bizim əməlimiz, bizim işlərimiz, verilən sözlərə sadiqliyimiz - bütün bunlar, əlbəttə, Yeni Azərbaycan Partiyasının nüfuzunu da qaldırır və deyə bilərəm ki, onu Azərbaycanın siyasi səhnəsində yeganə ciddi siyasi qüvvəyə çeviribdir"" fikri YAP-ın cəmiyyətdəki mövqeyinin təsdiqi, hər birimiz üçün proqram sənədidir. YAP uğurlar, qələbələr partiyasıdır. Təbii ki, bütün bunlar ölkəmizin əldə etdiyi iqtisadi uğurların nəticəsində mümkün olur. Həqiqətən bu gün müasirlik, iqtisadi inkişaf baxımından və islahatların həcminə görə Azərbaycanla rəqabət apara biləcək ölkə yoxdur. Bələdiyyə üzvlüyünə namizədləri dəstəkləyən seçicilər bu kimi amillərə əsaslanaraq haqlı olaraq ölkədə davam edən tərəqqiyə, dinamik inkişafa gündən-günə yaxşılaşan əhalinin sosial müdafiəsini təmin edən siyasətə səs verəcəklər. Ən düzgün seçim isə xalqın istəyi və arzusunu ifadə edən nəticə ilə ölçülür.
"Bu institut yeni formalaşsa da, qısa müddətdə müəyyən təcrübə əldə edib. Sözsüz ki, illər keçdikcə yerli özünüidarəetmə orqanlarının ictimaiyyətlə birgə fəaliyyəti nəticəsində qarşıya qoyulan məqsədlərə yüksək səviyyədə nail olunacaq" sözləri ilə çıxışa başlayan Türkan bələdiyyəsinin sədri Sabir Əliyev hər bir seçkinin ölkəmizin həyatında mühüm rol oynadığını bildirdi:
-Azərbaycan demokratik ölkə kimi qazandığı imici gündən-günə möhkəmləndirir. Həyata keçirilən uğurlu islahatları ilə dünyanın diqqətindədir. Prezident İlham Əliyevin vurğuladığı kimi, bu gün Azərbaycanın keçdiyi inkişaf yolu, təcrübəsi, əldə etdiyi uğurlar digər ölkələrə nümunə ola bilər. Təbii ki, bu gün ölkəmizin inkişafın hansı mərhələsində olduğunu görmək üçün keçilən yola nəzər salmaq kifayətdir. Ölkəmizdə həyata keçirilən islahatlar bələdiyyələrin həyatında önəmli dönüş yaratdı.
Yerli özünüidarəetmə orqanlarının cəmiyyətdə nüfuzu qaldırıldı, fəaliyyət istiqamətləri müəyyənləşdirildi. Yerləşdikləri ərazilərdə məhəlli problemlərin həllində bələdiyyələrin rolu və xidmətləri danılmazdır.
Bələdiyyələrin fəaliyyətini tənzimləyən hüquqi bazanın təkmilləşdirilməsi, əhaliyə daha keyfiyyətli xidmət təşkil etmək məqsədilə onların birləşdirilməsi prosesinin davam etdirilməsi, səlahiyyətlərinin ardıcıl olaraq genişləndirilməsi, bələdiyyə büdcələrinin şəffaflığının təmin olunması, əhaliyə göstərdikləri xidmət standartlarının yüksəldilməsi və vətəndaşların ictimai fəallığının artırılmasında yerli özünüidarəetmə orqanlarının rolunun yüksəldilməsi ilə bağlı həyata keçirilən islahatlar bəhrəsini verir. Yerli özünüidarəetmə orqanlarının Milli Məclis qarşısında hesabat verməsinin vacibliyi onların fəaliyyətlərini genişləndirmələrinə, qarşıya qoyduqları məqsədlərin icrası istiqamətində daha səylə çalışmalarına imkanları artırır.
Çıxış edən seçicilər istək və arzularını namizədlərə çatdırmaqla bildirdilər ki, ölkədə həyat səviyyəsinin yaxşılaşdırılması istiqamətində dövlətin həyata keçirdiyi islahatların səmərəsini gündəlik həyatımızda hiss edirik. Bu şəraiti yaradan Prezident İlham Əliyevə artan inamımızın nəticəsi olaraq dövlət başçımızın Sədri olduğu Yeni Azərbaycan Partiyasını təmsil edən namizədlərə etimad göstərcəyik.
Ağdam

Quzanlı qəsəbəsində dekabrın 23-də keçiriləcək bələdiyyə seçkilərində Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən bələdiyyə üzvlüyünə namizədliyi irəli sürülmüş partiya fəalları ilə görüş keçirilib.
AzərTAc xəbər verir ki, Ağdam Musiqi Kollecində keçirilən görüşü YAP rayon təşkilatının sədri İsgəndər Quliyev açaraq bələdiyyə seçkilərinə hazırlıq, təbliğat-təşviqat işlərinin aparılması, təmsil etdiyi qurumun seçkilərdə iştirakından danışıb. Bildirib ki, 119 saylı Ağdam kənd seçki dairəsi üzrə 14 bələdiyyəyə seçkilər keçiriləcəkdir. YAP Adam rayon təşkilatı tərəfindən bələdiyyə üzvlüyünə namizədlər irəli sürülərkən ən fəal, əhali arasında nüfuzu olan, yüksək intellektli partiya üzvlərinə üstünlük verilib.
Görüşdə Milli Məclisin deputatları Bəxtiyar Sadıqov, Elman Məmmədov, Tahir Rzayev çıxış edərək Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə qazanılmış böyük uğurlardan, partiya üzvlərinin qarşısında duran vəzifələrdən danışıb, tövsiyələr veriblər. Bildirilib ki, ulu öndər Heydər Əliyevin ideyalarını həyata keçirən YAP xalqımızın ən çox inandığı və etimad göstərdiyi siyasi təşkilatdır. Partiyanın ölkədə böyük nüfuza malik olması onu deməyə əsas verir ki, YAP əvvəlki siyasi kampaniyalarda olduğu kimi, bu seçkilərində də qalib olacaqdır.
Tədbirdə təbliğat-təşviqat işlərini yüksək səviyyədə təşkil edilməsinə dair müzakirələr aparılıb, namizədləri maraqlandıran suallar cavablandırılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB