Səxavət Əlisoy: “Sərdar Cəlaloğlunun məsləhətini dəyərləndirirəm” MÜNASİBƏT

Səxavət Əlisoy: “Sərdar Cəlaloğlunun məsləhətini dəyərləndirirəm” MÜNASİBƏT

"Sərdar bəy ömrünün yarısını siyasətlə məşğul olan insandır. Sədri olduğu partiya uzun müddət Müsavatla müttəfiqlik edib". Bu fikirləri SİA-ya Müsavatdan istefa vermiş keçmiş partiya funksioneri Səxavət Əlisoy Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlunun narazı müsavatçıların partiyanın başqanı Arif Hacılını məhkəməyə vermək məsləhətinə münasibətini bildirərkən deyib. Səxavət Əlisoyun fikrincə, ADP sədrinin Müsavatın taleyinə biganə qalmaması normaldır. Bu baxımdan, Sərdar Cəlaloğlunun sözügedən məsləhətini dəyərləndirəcək və müzakirəyə çıxaracaqlar: "Şəxsən mən, Sərdar bəyin bütün məsləhətlərini dəyərləndirirəm və biz bunu müzakirə edəcəyik".

Qeyd edək ki, ADP sədri ötən gün saytımıza açıqlamasında narazı müsavatçıların Müsavat rəhbərliyini məhkəməyə verməli olduqlarını demişdi. Arif Hacılı tərəfdarları isə Sərdar Cəlaloğlunu partiyanın daxili işlərinə müdaxilə etməkdə ittiham etmişdilər.

İntizarə Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə