"Azərbaycanda məhkəmələr kifayət qədər müstəqildir və hər bir şəxs siyasi fəaliyyət göstərməzdən də öncə bu ölkənin vətəndaşıdır". SİA-nın məlumatına görə, sözügedən fikirləri Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) sədri Yusif Bağırzadə ənənəvi düşərgədə Leyla və Arif Yunusların, eləcə də digərlərinin həbslərinin siyasiləşdirilməsi ilə bağlı yaradılan müdafiə komitələrinin fəaliyyətinə münasibətini bildirərkən deyib. AMİP sədrinin fikrincə, hər bir ölkə vətəndaşı ilk olaraq ölkə qanunvericiliyinə və konstitusiyasına tabe olmalıdır və törədilən hər hansı bir əmələ görə məhkəmənin qərarını gözləmək lazımdır: "Məhkəmə nə qərar verəcək. Məhkəmə qərarından sonra Apellyasiya Məhkəməsi, Ali Məhkəmə var. Burada da məsələ öz müsbət həllini tapmazsa Avropa Məhkəməsi var. Bu instansiyalar pillə-pilə keçilməlidir".
"Biz indidən bu həbsləri siyasiləşdirməyi düzgün saymırıq"-deyə qeyd edən Yusif Bağırzadə bu amili məhkəməyə təzyiq kimi qiymətləndirib: "Bu həbslərlə bağlı başlanan siyasi kampaniyalar məhkəməyə təzyiq kimi qiymətlənidirilməlidir. Bu baxımdan, biz siyasi partiya olaraq belə tədbirlərə qatılmağı məqbul hesab etmirik".
Rövşən Nurəddinoğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB