Aqil Abbas: ““Leyla Yunus ora-bura bağlı olan insandır” AÇIQLAMA

Aqil Abbas: ““Leyla Yunus ora-bura bağlı olan insandır” AÇIQLAMA

"Leyla Yunus ora-bura bağlı olan insandır". Bunu SİA-ya millət vəkili Aqil Abbas Sülh və Demokratiya İnstitunun (SDİ) Bakı ofisinin rəhbəri Leyla Yunusun istintaqın çağırışına məhəl qoymamasına və dövlət orqanı qarşısında şərt irəli sürməsinə münasibət bildirərkən deyib.

Parlament üzvünün sözlərinə görə, Leyla Yunus hər şeydən şou düzəltsə də, onların heç birinin önündə dayana bilmir: "Çünki Leyla Yunus ora-bura bağlı olan insandır. Elə məhz onun axırıncı şousu da polis işçisini hədələmək məqsədi daşıyırdı. Bu insan bütün Azərbaycan vətəndaşları kimi qanuna tabe olmalıdır. Qanun nədirsə, o da tətbiq olunmalıdır. Leyla Yunusun istintaqın çağırışına məhəl qoymaması və dövlət orqanı qarşısında şərt irəli sürməsi onun azərbaycanlı olmamağından xəbər verir".

Bütün xəbərlər Facebook səhifəmizdə