Siyavuş Novruzov: “Hesab edirəm ki, bunları tamamilə eyniləşdirmək düzgün deyil” AÇIQLAMA
"Hesab edirəm ki, bunları tamamilə eyniləşdirmək düzgün deyil. Dağlıq Qarabağ əzəldən, tarixdən həmişə Azərbaycanın ərazisi olub və belə də qalır". Bunu SİA-ya Yeni Azərbaycan Partiyasının (YAP) İcra katibinin müavini, millət vəkili Siyavuş Novruzov Ermənistanın Rusiyadakı səfirinin Krımda baş verən hadisələrlə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsini eyniləşdirməsinə münasibət bildirərkən deyib.
"Sadəcə olaraq ermənilər həmin ərazilərə müəyyən bir vaxtda gəliblər və orada yaşayırlar. Krımda baş verənlər isə tamamilə başqa proseslərlə əlaqədardır. Krım illər boyu müxtəlif ölkələrin (100 illərlə Türkiyənin, eləcə də Rusiyanın və s.) tərkibində olub. Yəni burada yanaşma tərzi tamam başqa olmalıdır. Hələ Dağlıq Qarabağın girişində ermənilərin ora köçüb gəlməsi ilə əlaqədar (1990-cı il hadisələri olmamışdan öncə) abidə qoyulub. Əsasən Türkmənçay və Gülüstan müqavilələrindən sonra ermənilər həm Azərbaycanın digər ərazilərinə köçüb, həm də Dağlıq Qarabağ ərazisinə yerləşdiriliblər" – deyə, YAP rəsmisi fikrini tamamlayıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB