Artur Rasizadə Bosniya və Herseqovinanın Nazirlər Kabineti sədrinin müavini ilə görüşüb
Azərbaycan Respublikasının Baş naziri Artur Rasizadə Bosniya və Herseqovinanın Nazirlər Kabineti sədrinin müavini, xarici işlər naziri Zlatko Lagumdziya ilə görüşüb.
Nazirlər Kabinetinin mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, görüşdə yüksək templərlə inkişaf edən Azərbaycan iqtisadiyyatının Avropanın enerji təhlükəsizliyinin təminatında yaxından iştirak etdiyi, həmçinin Bosniya və Herseqovinanın iqtisadiyyatının da dirçəlişinə yardım göstərdiyi vurğulanıb. Qeyd olunub ki, siyasi, iqtisadi və mədəni əlaqələrin genişləndirilməsi, beynəlxalq və regional məsələlərdə birgə fəaliyyət ölkələrimiz arasında münasibətlərin uğurlu inkişafına təsir edir. Görülən işlər və perspektiv vəzifələr müzakirə edilərkən energetika, sərmayə qoyuluşu, infrastruktur, ticarət, turizm və iqtisadiyyatın digər sahələrində dövlət və özəl sektor təmsilçilərinin müştərək fəaliyyətinin, həmçinin Avropa İttifaqı çərçivəsində birgə əməkdaşlığın genişləndirilməsinin hər iki ölkənin mənafeyinə uyğunluğu diqqətə çatdırılıb.
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə toxunan tərəflər Bosniya və Herseqovinanın daim beynəlxalq tədbirlərdə Azərbaycanın haqq işini dəstəklədiyini, bu münaqişənin yalnız beynəlxalq hüquq normaları çərçivəsində, sərhədlərin toxunulmazlığı və ölkəmizin ərazi bütövlüyünün təmin edilməsi şərtləri daxilində həllinin vacibliyini qeyd ediblər.
Görüşdə qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB