Novruz Məmmədov: "Prezidentin İrana rəsmi səfəri çox maraqlı və faydalı keçir"

Novruz Məmmədov: "Prezidentin İrana rəsmi səfəri çox maraqlı və faydalı keçir"

Azərbaycan Prezidenti Administrasiyası (PA) rəhbərinin müavini, PA-nın Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov Azərbaycan Prezidenti İlham Əliyevin İrana rəsmi səfərinə münasibət bildirib. SİA-nın məlumatına görə, N. Məmmədov bu barədə öz "Twitter"səhifəsində yazıb.

"Azərbaycan Prezidentinin İrana rəsmi səfəri çox maraqlı və faydalı keçir"- deyə, PA rəsmisi qeyd edib.

Xatırladaq ki, Azərbaycan Prezidenti İlham Əliyev İranda rəsmi səfərdədir.

Bütün xəbərlər Facebook səhifəmizdə