Mövqelərimiz atəşə tutulub

Erməni silahlı bölmələri bu gecə Ağdam rayonunun Baş Qərvənd, Cəvahirli və Tərtər rayonunun Nəmirli kəndləri yaxınlığında yerləşən mövqelərdən Silahlı Qüvvələrimizin mövqelərini atəşə tutublar.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, düşmən cavab atəşi ilə susdurulub.

Bütün xəbərlər Facebook səhifəmizdə