"Leyla Yunus anti-Azərbaycan lobbilərinin əlində alətdir" Münasibət
"Özünü hüquq müdafiəçisi kimi qələmə verən Leyla Yunus anti-Azərbaycan lobbilərinin əlində alətdir. Uzun illərdir ki, onun bu istiqamətdə müəyyən təcrübəsi var və buna görə də hüquq müdafiəçisinin kimlərisə vicdan məhbusu kriteriyasında müəyyənləşdirməyə haqqı yoxdur. Çünki o, daxili hisslərini xeyli dərəcədə itirmiş insandır". Bu fikirləri SİA-ya açıqlamasında millət vəkili Zahid Oruc hüquq müdafiəçisi Leyla Yunusun növbəti dəfə qondarma "siyasi məhbus" siyahısını ictimaiyyətə təqdim etməsi məsələsinə münasibət bildirərkən deyib.
"Faktiki olaraq fikir verin ki, cəbhə bölgəsindəki gərgin vəziyyət nə vaxt onun hesabatlarında yer alıb və həmin şəxsin dilindən bu məsələlər ciddi problem kimi beynəlxalq aləmdə qaldırılıb?! Belə olan təqdirdə açıq şəkildə demək lazımdır ki, bu kimi insanların əsl niyyəti hüquqi ad altında anti-dövlət işini gerçəkləşdirmək, başqalarının hüquqlarını öz üzərinə götürüb, bunun timsalında özlərini ictimai prokuror kimi aparmaqdır. Təbii ki, bu da birmənalı şəkildə pislənilən məsələdir. Müxtəlif sahələrdə problemlərin olması təbii haldır. Lakin bu kimi məsələləri ölkə üzərində zəiflətmə ssenarisinə çevirməyə ehtiyac yoxdur" – deyə, millət vəkili məsələ ilə bağlı fikirlərinə əlavə edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB