Vladimir Putin: “Şəxsən mənim Gürcüstan hakimiyyətinə münasibətim dəyişib”

"Şəxsən mənim Gürcüstan hakimiyyətinə münasibətim dəyişib". SİA-nın verdiyi məlumata görə, bu haqda "Arqumentı i faktı" nəşrinə açıqlamasında Rusiya dövlət başçısı Vladimir Putin bildirib: "Gürcü xalqına isə münasibətim dəyişməyib. Necə isti və səmimi idisə, elə də qalmaqdadır".

Onun sözlərinə görə, gürcülərin özlərinin Rusiyaya olan münasibəti, hətta, ən çətin anlarda öz təsdiqini tapıb.

Putin qeyd edib ki, iki dövləti ən dərin mədəni və dini əlaqələr bağlayır: "Elə problemlər var ki, onlar bizdən asılı deyildi. Bizim bu işdə təqsirimiz yox idi. Biz bunu etmədiyimizi dəfələrlə bildirmişik. İndi hesablaşmaq gərəkən müəyyən həqiqətlər əks olunmaqdadır. Bütün vəziyyəti nəzərə alaraq, biz vizasız rejmi tətbiq edə bilərik. Məsələni ekspertlər səviyyəsində düşünsək, bu addım ölkələr arasında münasibətlərin normallaşmasına səbəb ola bilər".

Qeyd edək ki, Rusiya dövlət başçısı Vladimir Putinin Gürcüstanın Avropa İttifaqına assosiativ üzvlüyünü qəbul etməsindən sonra Rusiya-Gürcüstan münasibətlərinə aydınlıq gətirən ilk rəsmi çıxışıdır.

Ülkər MUSAZADƏ

Bütün xəbərlər Facebook səhifəmizdə