Prezidentin media nümayəndələri ilə görüşü mətbuat tarixində möhtəşəm hadisədir
"Yeni Azərbaycan" qəzetinin baş redaktoru Hikmət Babaoğlu və "Şərq" qəzetinin baş redaktoru Akif Aşırlının SƏS TV-yə müsahibəsi:
- Cənab prezidentin növbəti dəfə "Jurnalistlərin dostu" mükafatına layiq görülməsi mətbuata göstərilən diqqət və qayğının təzahürü sayıla bilərmi?
- Hesab edirəm ki, noyabrın 24-də cənab Prezidentin Azərbaycan media nümayəndələri ilə görüşü müstəqil Azərbaycanın mətbuat tarixində möhtəşəm bir hadisə kimi qiymətləndirilməlidir. Çünki ölkə başçısı öz görüşündə müasir Azərbaycan mətbuatının XXI əsrdə fəaliyyət konsepsiyasının əsas istiqamətlərini müəyyənləşdirdi. Eyni zamanda, cənab prezidentin nitqindən də aydın oldu ki, o, Azərbaycanın milli mətbuatının inkişaf tarixini mükəmməl bilir. Bununla yanaşı, O, Azərbaycan mətbuatını peşəkarcasına qiymətləndirməyi bacarır. Dövlət başçımız çıxışı zamanı bildirdi ki, Azərbaycan mətbuatı bu gün öz inkişaf dövrünü yaşamaqla bərabər, ölkədə qurulan demokratik cəmiyyətin mövcud olması üçün əsas vasitələrdən biridir. Bu fikri səsləndirməklə O, Azərbaycan mətbuatının bizim cəmiyyətimiz üçün nə dərəcədə önəmli olduğunu isbatlamış oldu. Biz bilirik ki, hər hansı bir demokratik cəmiyyətdə söz və mətbuat azadlığı olmazsa, həmin cəmiyyətdə demokratiyadan danışmaq müşkül məsələdir. Cənab prezidentimiz XXI əsrdə Azərbaycanda ənənəvi medianın mövcudluğu ilə əlaqədar fikir bildirməklə yanaşı, sosial medianın mövcudluğu barədə də söhbət açdı. İlham Əliyev həmçinin Azərbaycanda internet azadlığının yüksək səviyyədə olduğunu diqqətə çatdırdı. Bildiyiniz kimi, bu gün Azərbaycanda internet istifadəçilərinin sayı 70 faizdən çoxdur. İnternet azadlığı mövcud olan dövlətdə söz və mətbuat azadlığının təzyiqə məruz qalmasından danışmaq qeyri-mümkündür. Dövlət başçımız nəinki Azərbaycanın paytaxtında, hətta ucqar ərazilərdə də internetin mövcudluğunu və bundan sonra şəbəkənin daha da genişləndiriləcəyini vurğuladı. Bu da Azərbaycanın sosial medianın tam demokratik inkişaf edən ölkələr içərisində ilk sıralarda olduğunu deməyə əsas verir.
Akif Aşırlı:
- Görüş zamanı diqqət çəkən məqamlardan biri də iqtidar mətbuat nümayəndələri ilə yanaşı, müxalifət nümayəndələrinin də olması idi. Bu da onu deməyə əsas verir ki, Azərbaycanda siyasi əqidəsindən asılı olmayaraq bütün mətbuat nümayəndələrinə eyni ilə yanaşılır, heç bir ayrı seçkilik qoyulmur. Biz bunu mətbuat nümayəndələrinin fikirlərini və problemlərini cənab prezidentə sərbəst şəkildə bildirərkən də şahidi olduq. Deyərdim ki, Azərbaycanı demokratik ölkə olaraq təmsil edən atributlardan biri də onun müstəqil mediasının mövcudluğudur. Ölkəmizdə həmçinin internet mediası da müstəqil şəkildə inkişaf edir. Sizin internet televiziyanızın da müstəqil şəkildə fəaliyyət göstərməsi, məhz bunu deməyə əsas verir. Cənab prezidentimiz bizim, yəni media nümayəndələrinin dostu olduğunu dəfələrlə sübut edib. Cənab prezidentimizin mətbuat nümayəndələri ilə görüşü bizlər üçün olduqca əhəmiyyətlidir.
- Hikmət müəllim, dostluqdan söz düşmüşkən, Cənab prezidentimiz belə bir fikir səsləndirdi ki, "Mən dostluğuma sadiqəm". Sizin fikrinizcə, bu tezis özündə hansı amilləri əks etdirir?
- Cənab prezidentimizin "Mən dostluqda sadiqəm" ifadəsi media nümayəndələrinin daha da məsuliyyətli olmağa yönələn bir çağırış idi. Cənab prezidentin bizə qarşı sadiq olduğunu bilərək, biz də öz dostluğumuzda mütləq şəkildə sadiq olmalıyıq. Həqiqətən də, cənab prezident dostluğuna sadiq insandır. O, mətbuat nümayəndələrinə bunu dəfələrlə sübut edib. Biz onu Azərbaycan mətbuatına ən çox qayğı göstərən insan kimi qiymətləndiririk. Bildiyiniz kimi, cənab prezident Azərbaycan Çap Mediasının Azərbaycan Nəşriyyatına olan borcları ilə bağlı xüsusi tədbirlər həyata keçirib, o cümlədən ölkəmizdə mətbuatın inkişafı ilə bağlı, mətbuatda yeni intellektual keyfiyyətin yaranması ilə əlaqədar dəfələrlə tövsiyələrini verib. Dövlət başçısı, həmçinin neqativ və pozitiv informasiyalarla bağlı öz dəyərli tövsiyələrini verdi. Media cəmiyyətin ictimai şüurunu formalaşdıran vacib amillərdən biridir. Yəni, bizim şüurumuz aldığımız informasiyalar əsasında formalaşır. Bu da onu deməyə əsas verir ki, neqativ informasiyalar bizim şüuraltı yaddaşımızda toplaşır və bir müddətdən sonra bizim davranışlarımıza təsir göstərir. Məsələn, əgər bir şəxsin şüuraltı yaddaşında neqativ informasiyalar çoxluq təşkil edirsə, deməli o gələcəkdə ətrafdakılarla neqativ şəkildə davranacaq. Bu istiqamətdə cənab prezidentimizin verdiyi tövsiyə tamamilə doğrudur. Onun da qeyd etdiyi kimi, cəmiyyətdə neqativ olmayan informasiyaların sayını artırmaq lazımdır ki, insanlar ətrafındakılara qarşı gözəl davranışlar nümayiş etdirsinlər. Dövlət başçısı eləcə də media nümayəndələrinin məişət problemləri və mənzillə bağlı məsələlərə də toxundu. Hər hansı jurnalistin səhhətində problem varsa, anında ona cənab prezident tərəfindən birbaşa reaksiya göstərilməsi bu dostluğun möhkəmliyinin geniş təzahürüdür.
- Akif müəllim, son vaxtlar bəzi müxalifət media orqanları belə bir fikir səsləndirirlər ki, qəzetlərin satışına qadağalar qoyulub. Cənab prezidentin, qəzetlərin satışı ilə bağlı dediyi fikirlər müxalifət orqanlarına yönələn tutarlı cavab sayıla bilərmi?
- Təbii ki, bəzi müxalifət qəzetləri son vaxtlarda bu kimi yalan informasiyalar irəli sürürdülər. Onlar bildirirdilər ki, qəzetlərin satışına qadağa qoyulması onların maliyyə bazasına ciddi mənfi təsir göstərir. Bu informasiyanın yalan olmasını müxalifət qəzetlərini vərəqləyərkən görmək olar. "Müsavat" qəzetinin baş redaktoru Rauf Arifoğlu öz çıxışında bu məsələyə toxundu. O, bildirdi ki, yeni köşklərin quraşdırılmasından sonra qəzetlərin satışında müəyyən problemlər yaranıb. Cənab prezident bu məsələyə öz münasibətini bildirərək dedi ki, heç kim heç bir halda hər hansı qəzetin satışına məhdudiyyət qoya bilməz. Bu yol verilməz haldır. O, yeni köşklər məsələsinə münasibət bildirərkən qeyd etdi ki, köşklərin yenilənməsi şəhərin abadlaşdırılması yönündə atılan addımdır. Cənab prezidentimiz, demokratik cəmiyyəti quruluşunu üstün tutduğundan heç də müxalifət düşərgəsinin dediyi kimi, müxtəlif fikirliliyin əksinə deyil. Əksinə olaraq, ölkəmizdə fikir, söz azadlığını dəstəkləyir.Ölkə başçımızın da qeyd etdiyi kimi, hər bir jurnalist azərbaycançılığı və istiqlalımızı hər şeydən üstün tutmalıdır. Ən önəmli problemimiz olan Dağlıq Qarabağ problemində Azərbaycan dövlətinin ortaya qoyduğu siyasəti, yəni torpaqlarımızın bütövlüyü məsələsini dəstəkləməlidir. Eyni zamanda bu istiqamətdə olduqca məsuliyyətli olmalıdır.
Bütün xəbərlər Facebook səhifəmizdə
Digər xəbərlər
Xəbər lenti
Sabah Azərbaycanda 31 dərəcə isti olacaq
Sosial 13:15“Tarın Paqaninisi” Yakutiyada Azərbaycan musiqisinin sehrini yaşatdı
Mədəniyyət 10:52Biz beynəlxalq arenada fəal əməkdaşlıq edirik - MƏQALƏ
Siyasət 10:09Hesablama Palatasının strukturu dəyişir
İqtisadiyyat 10:08Azərbaycan XİN Pakistana başsağlığı verib
Siyasət 09:47İnfantino bu planına görə ÜZR İSTƏDİ
İdman 03:22Azərbaycanlı blogerin keçmiş əri alimentə görə həbs edildi
Şou-Biznes 02:02Bakı–Şamaxı yolunda avtomobil aşıb
Hadisə 00:22"Yenidən ana olmaq istəyirəm" - Hadisədən AÇIQLAMA
Şou-Biznes 15 Oktyabr 23:19Sudanda təyyarə qəzası olub - 5 uşaq həlak olub
Dünya 15 Oktyabr 23:02"Sabah"ın qapıçısı Çempionlar Liqasının rəmzi komandasında!
İdman 15 Oktyabr 22:31Rusiya Baş Konsulluğu azərbaycanəsilli repçinin həbsinə görə Qazaxıstan XİN-ə nota göndərib
Dünya 15 Oktyabr 22:19Şavkat Mirziyoyevin Azərbaycana işgüzar səfəri başa çatıb - MƏLUMAT
Siyasət 15 Oktyabr 22:03Tanya Samburska yeni STIMMA kolleksiyasının siması oldu…
Dəb 15 Oktyabr 21:52Alimlər ilk olaraq hansı heyvanlarla danışacağımızı söylədilər...
Maraqlı 15 Oktyabr 21:28Təqaüdçülərə rənglərin parlaqlığını qaytaracaq ağıllı işıq yaradılıb...
Səhiyyə 15 Oktyabr 21:06Jeep Avropanı azad edən əfsanəni canlandıracaq...
Texnologiya 15 Oktyabr 20:49Bakıda AQEM-in 7-ci Zirvə Toplantısı keçirilib...
Siyasət 15 Oktyabr 20:43Gənc çinlilər kommunizmdən üz döndərirlər...
Dünya 15 Oktyabr 20:27Alsu yenidən ana olmağa qarşı deyil...
Şou-Biznes 15 Oktyabr 20:05Ölümcül yük altında yatmaq...
Sosial 15 Oktyabr 19:51İran ordusu: Hörmüz boğazının şərqində daha bir tanker yanıb
Dünya 15 Oktyabr 19:37ABŞ-da ara seçkilər haqqında əsas faktlar...
Dünya 15 Oktyabr 19:28Putinin diplomatik marafonu uğursuz oldu...
Dünya 15 Oktyabr 19:06Tramp prezidentlikdən qazanc əldə edir..?
Dünya 15 Oktyabr 18:49Prezidentin sosial media hesablarında videoçarx paylaşılıb
Siyasət 15 Oktyabr 18:31İnsanı inandırmağın yeddi yolu..?
Sosial 15 Oktyabr 18:27“Müharibəyə çevrilmə” mərhələsi...
Dünya 15 Oktyabr 18:06Dağıstan Respublikasına yeni rəhbər seçilib
Dünya 15 Oktyabr 17:52Prezident İlham Əliyev Qətər Əmiri ilə görüşüb - YENİLƏNİB
Siyasət 15 Oktyabr 17:428 müntəzəm marşrutun hərəkəti alternativ küçələrlə təşkil ediləcək
Sosial 15 Oktyabr 17:33Kobaxidze Ermənistana səfər edib
Dünya 15 Oktyabr 17:20Gürcüstan müxalifəti etiraz aksiyaları elan edib
Dünya 15 Oktyabr 17:07Paşinyan İşçi Qrupu yaradıb...
Dünya 15 Oktyabr 17:02“Vahid məktəbli forması sosial bərabərliyin qorunmasına xidmət edir“ -FİRƏNGİZ ƏLİZADƏ
Siyasət 15 Oktyabr 16:40Külli miqdarda narkotik vasitənin ölkə ərazisinə keçirilməsinin qarşısı alınıb
Hadisə 15 Oktyabr 16:35Prezident İlham Əliyev Türkiyənin xarici işlər nazirini qəbul edib
Siyasət 15 Oktyabr 16:34Bakı Bəyannaməsi qəbul edilib
Siyasət 15 Oktyabr 16:34Prezident İlham Əliyev Qətər Dövlətinin Əmiri ilə görüşüb - YENİLƏNİR
Siyasət 15 Oktyabr 16:32“Könüllülük gənclərin gələcək karyerası üçün mühüm imkandır“ - SOSİOLOQ DANIŞDI
Sosial 15 Oktyabr 16:26Avrasiya diplomatiyasının Bakı triumfu - ANALİZ
Siyasət 15 Oktyabr 16:25Çörəyin qiyməti qalxacaq? - İQTİSADÇI AÇIQLADI
İqtisadiyyat 15 Oktyabr 16:20"Məktəbin öz geyim qaydaları və vahid məktəbli forması olmalıdır" - ŞEYX ƏBDÜL MAHMUDOV
Təhsil 15 Oktyabr 15:54Mərkəzi Gömrük Hospitalında Mühafizə Xidmətinin əməkdaşları üçün ilk yardım təlimi keçirilib
Səhiyyə 15 Oktyabr 15:38Azərbaycan, Özbəkistan və Türkmənistan XİN başçıları üçtərəfli əməkdaşlığı müzakirə ediblər
Siyasət 15 Oktyabr 15:25Azərbaycan–Laos münasibətləri: yeni əməkdaşlıq perspektivləri - MƏQALƏ
Siyasət 15 Oktyabr 15:22Birbank Invest vasitəsilə “EmbaFinans” BOKT istiqrazlarına investisiya etmək imkanı
İqtisadiyyat 15 Oktyabr 15:20“Azərbaycanda İslam ərəb geyimi ilə deyil, milli-mənəvi dəyərlərlə yaşadılır” - ŞƏRH EDİLDİ
Siyasət 15 Oktyabr 15:10Özəl xəbərlər
Digər xəbərlər
Redaktorun seçimi
Köşə yazıları
Populyar
Valyuta məzənnəsi
-
USD
1,7000
0,00%
-
EUR
1,9090
+0,12%
-
GBP
2,2616
+0,45%
-
RUB
2,0290
+0,70%



