Azərbaycan prezidenti İlham Əliyevin Avstriyaya işgüzar səfəri noyabrın 19-da başa çatıb.
SİA-nın məlumatına görə, Vyananın Şvexat Beynəlxalq Aeroportunda prezident İ. Əliyevi Avstriyanın yüksək vəzifəli dövlət və hökumət nümayəndələri yola salıblar.
Qeyd edək ki, Prezident İlham Əliyev səfər çərçivəsində Avstriya prezidenti Haynts Fişerlə görüşüb. Azərbaycan dövlət başçısı Vyanada Ermənistan prezidenti Serj Sarkisyanla da bir araya gələrək, Dağlıq Qarabağ münaqişəsinin həlli yollarını müzakirə edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB