"Beynəlxalq münasibətlər mövzusu media müstəvisində" adlı dəyirmi masa keçirilib

"Beynəlxalq münasibətlər mövzusu media müstəvisində" adlı dəyirmi masa keçirilib

Bu gün Azərbaycan Mətbuat Şurasında (MŞ) "Beynəlxalq münasibətlər mövzusu media müstəvisində" adlı dəyirmi masa keçirilib. SİA-nın məlumatına görə, MŞ-nin beynəlxalq münasibətlər komissiyasının təşəbbüsü ilə gerçəkləşdirilməkdə olan "Beynəlxalq münasibətlər mövzusu ölkəmizin kütləvi informasiya vasitələrində: mövcud durum və peşəkarlığın artırılması yolları" layihəsi çərçivəsində təşkil olunan tədbirdə kütləvi informasiya vasitələrinin rəhbərləri, media ekspertləri, Azərbaycan Respublikası Milli Məclisinin üzvləri, ictimai-siyasi xadimlər iştirak ediblər.

MŞ-nın sədri Əflatun Amaşov , MŞ-nın İdarə heyətinin üzvü, şuranın böyük əlaqələr komissiyasının sədri Cavanşir Feyziyev, millət vəkilləri Musa Qasımlı, Rasim Musabəyov, Bəxtiyar Sadıqov və digərləri "Dəyirmi masa"da sözügedən layihə çərçivəsində nəzərdə tutulacaq işlər barədə məlumat verib, eyni zamanda KİV-lərimizin Azərbaycan həqiqətlərini dünyaya çatdırmaq istiqamətindəki fəaliyyətinə, ümumən ölkə jurnalistlərinin qlobal beynəlxalq proseslərə yanaşma tərzinə, mövcud baxımdan nəzərə çarpan peşəkarlıq xüsusiyyətlərinə diqqət yetirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə