Milli Məclisin deputatı AŞPA-nın komitə iclasında iştirak edəcək
Azərbaycan Respublikası Milli Məclisinin deputatı Rafael Hüseynov Avropa Şurası Parlament Assambleyasının Mədəniyyət, elm, təhsil və media komitəsinin iclasında iştirak etmək üçün oktyabrın 24-dən 29-dək Portuqaliyanın Lissabon şəhərində səfərdə olacaq.
Komitə iclasında "Təhsildə müsbət idarəçilik və yüksək keyfiyyət", "Çoxmədəniyyətli cəmiyyətlərdə ümumi cəhətlər və fərqlər", "Avropanın mədəni irsi", "Ümumavropa evi çərçivəsində əməkdaşlıq" mövzularında məruzələr dinləniləcək, müzakirələr aparılacaq.
R.Hüseynov müzakirəyə çıxarılan məsələlərə ölkəmizin maraqları mövqeyindən münasibət bildirəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB