Millət vəkili Azay Quliyev Orxan Zeynalovla bağlı Rusiyaya məktub göndərib
Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri, millət vəkili Azay Quliyev Yeqor Serbakovun ölümündə təqsirləndirilərək şübhəli şəxs kimi həbs edilən Orxan Zeynalovla əlaqədar Rusiya Federasiyası Ictimai Palatasının sədri Yevgeni Velixova məktub göndərib. Şuranın mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, məktubda Şura sədrinin baş verən hadisəyə görə təəssüf hissi keçirdiyi və mərhumun ailəsinə baş sağlığı verdiyi qeyd edilib.
Bununla yanaşı məktubda məişət zəminində baş verən bu hadisənin milli müstəviyə cıxarılmasından, Orxan Zeynalovun hüquqlarının kobud şəkildə pozulmasından və zorakılıga məruz qalmasından ciddi narahatlıq ifadə olunub. Millət vəkili Azay Quliyev rusiyali həmkarı akademik Velixovdan Şura ilə İctimai Palata arasında imzalanan memorandumun 2.1.8-ci bəndinə əsasən bu məsələyə müdaxilə etmələrini və yaranan narahatlığı aradan qaldırmaq üçün müvafiq tədbir görməsini xahiş edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB