Elçin Mirzəbəyli: “Ələkrəm Hümbətov canlı meyitdir” MÜNASİBƏT

Xarici KİV-lərin təbliğatda iştirakı qanun pozuntusudur
Elçin Mirzəbəyli: “Ələkrəm Hümbətov canlı meyitdir” MÜNASİBƏT

"Xarici KİV-lərin ölkəmizdə keçirilən seçki prosesində iştirakı və konkret namizədi dəstəkləyərək, onun təbliğatını aparması qanun pozuntusudur". Bu sözləri SİA-ya Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədr müavini Elçin Mirzəbəyli "Azadlıq radiosu TV", "Amerikanın səsi" və BBC radiostansiyalarının Cəmil Həsənlinin təbliğatını aparmasına münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, nəinki xarici, hətta MSK-ya müraciət etmədən yerli KİV-lərin bu cür təbliğat aparması belə qanuna ziddir: "MSK bununla bağlı qərar qəbul edib. Hesab edirəm ki, "Azadlıq radiosu TV", "Amerikanın səsi" və BBC bu qərara hörmətlə yanaşmalı, Azərbaycan qanunvericiliyinə sayqı duymalıdırlar".

Açıqlaması zamanı "Milli Şura"nın dəstəklədiyi Ələkrəm Hümbətovun Dağlıq Qarabağa səfərinə toxunan E. Mirzəbəyli bildirib ki, Ələkrəm Hümbətov canlı meyitdir: "O adam Azərbaycanda yaşayan və bu ölkənin vətəndaşı olub, bizimlə ortaq mədəniyyəti paylaşan ən layaqətsiz insandır. Ondan fərqli heç nə gözləmək olmaz. Canlı meyitdən kim istifadə edirsə, onun heç bir nəticə əldə etməyəcəyi məlumdur. Vaxtilə Ələkrəm Hümbətov separatizm fikrinə düşəndə, ölkəni parçalamaq istəyəndə Azərbaycan xalqı onun cavabını verdi. Azərbaycanda milli zəmində qarşıdurma və iğtişaşın yaradılması mümkün deyil".

Bütün xəbərlər Facebook səhifəmizdə