"Mənim prezidentim" Gənclər Təşəbbüs qrupu tanınmışlar ilə birlikdə 9 oktyabr 2013-cü il Prezident seçkilərində "Gələcək naminə İlham Əliyevə Səs Verək" şüarı altında Yeni Azərbaycan Partiyasının namizədi İlham Əliyevin namizədliyini dəstəkləyiblər. ARGTMŞ-ın mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, bununla bağlı çəkilən videorolikdə müğənni və xanəndələr, tanınmış media rəhbərləri və televiziya işçiləri, sənət adamları və tanınmış şəxslər yer alıblar. Onlar Prezident İlham Əliyevin rəhbərliyi altında son 10 il ərzində Azərbaycandakı müsbət tendensiyaları, inkişafı şüar şəklində səsləndiriblər.
Qeyd edək ki, "Mənim Prezidentim" Gənclərin Təşəbbüs Qrupu son 10 il ərzində Azərbaycan Respublikası Prezidenti İlham Əliyev tərəfindən ölkədə aparılan uğurlu siyasətin nəticələrini ictimaiyyətə çatdırmaq məqsədi ilə yaradılıb. Təşəbbüs Qrupunun fəaliyyəti ilə bağlı daimi yeni məlumatlar əldə etmək və Təşəbbüs Qrupuna qoşulmaq üçün fb.com/mypresident.az səhifəsinə və www.mp2013.azveb-saytına daxil olmaq kifayətdir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB