"Bizim əsas istəyimiz odur ki, Azərbaycanda seçkilər ədalətli şəkildə keçirilsin". SİA-nın verdiyi xəbərə görə, bu sözləri ABŞ-ın Azərbaycandakı səfiri Riçard Morninqstar jurnalistlərə verdiyi açıqlamada deyib.
Səfir müxalifət nümayəndələri ilə görüşlərə də toxunub: "Düşünürəm ki, başqa ölkəni təmsil edən diplomat namizədlərlə görüşə bilər, lakin diplomatın hansısa namizədə xüsusi dəstək göstərməsi, onun üzərində dayanması mümkün deyil, biz də heç kimə xüsusi dəstək vermirik. Çünki bu proses Azərbaycan xalqının öz qərarı ilə həyata keçəcək. Biz əminik ki, hər bir Azərbaycan vətəndaşı prezident görmək istədiyi şəxsə səs verəcək".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB