Fəxrəddin Mirzəyev Azərbaycanın Karlovı Varı şəhərində fəxri konsulu təyin edildi
Prezident İlham Əliyev F.S.Mirzəyevin Azərbaycan Respublikasının Çex Respublikasının Karlovı Varı şəhərində fəxri konsulu təyin edilməsi haqqında sərəncam imzalayıb.
Sərəncamda qeyd olunur ki, Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq Fəxrəddin Saib oğlu Mirzəyev Azərbaycan Respublikasının Çex Respublikasının Karlovı Varı şəhərində fəxri konsulu təyin edilsin.
Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB