Dağıdıcı, radikal müxalifətin növbəti gündəmdə qalmaq üçün oynamağa çalışdığı "Milli Şura" oyunu artıq iflasa uğrayıb. Bu qurum özünün ağır günlərini yarandığı gündən etibarən yaşamağa başlayıb. Bu barədə SİA-ya açıqlama verən BAXCP sədrinin müavini Niyaməddin Orduxanlı suallarımızı cavablandırdı.
- "Milli Şura" deyilən qondarma bir qurum prezident seçkilərində "vahid namizəd"lə çıxış etmək kimi anormal bir qərar qəbul edib. Sizcə bu qərar hansısa xarici qüvvələrin göstərişi və maraqları sayıla bilərmi?
- "Milli Şura" gözləndiyindən də tez iflasa uğradı. Artıq AXCP sədri Əli Kərimlinin tərəfdarları ilə Müsavat başqanı İsa Qəmbərin tərəfdarları açıq şəkildə bir-birilərini təhqir edirlər. Müsavat və AXCP arasındakı qarşıdurma 20 ildir davam edir. İ.Qəmbər parlamentin sədri, Ə.Kərimli isə dövlət katibi vəzifəsində çalışanda onlar arasında münasibətlər pis vəziyyətdə olub. Bu gün, Ə. Kərimli qədər İ.Qəmbərə nifrət edən ikinci şəxs yoxdur və yaxudda bunun əksi. Hər ikisi bir-birinə potoloji nifrət edirlər. İndi o səviyyədə təhqirlər edilir ki, rəhbər şəxslər bu münasibəti gizlədə bilmirlər. Müsavatçılar AXCP sədri Əli Kərimlinin son illərdə dəfələrlə siyasi mövqeyini dəyişdiyini bildiriblər. Ə.Kərimli prezident və parlament seçkilərində kiminsə kölgəsi altına girərək İ.Qəmbərə qarşı mübarizə aparıb və vəziyyətdən asılı olaraq mövqeyni dəyişib.
Bu qurum qəsdən öz təbliğatlarını yüksək səviyyədə aparmaq üçün "Rusiya dəstək verir" görüntüsünü və təbliğatını aparırdılar. Bu təbliğat da artıq iflasa uğrayıb. Rusiya prezidentin Prezident İlham Əliyevə zəng etməsi və bu informasiyanın Rusiya mətbuatında geniş yayılması onu göstərir ki, heç bir halda Rusiya kimi dövlət radikal müxalifətə, konkret olaraq Rüstəm İbrahimbəyova və "Milli Şuraya" dəstək vermir. Rusiya və beynəlxaql təşkilatlar da yaxşı bilir ki, 75 yaşlı İbrahimbəyov bir gün də olsun siyasətlə məşğul olmayıb və bir gün də olsun dövlət idarəçiliyin də siyasi vəzifə daşımayıb. Belə bir adamı müdafiə etmək heç vaxt mümkün deyil. Artıq mətabuatdan yayılan məlumatlardan da görünür ki, hüquq baxımından da İbrahimbəyovun prezidnetliyə namizədliyi qeyri-mümkündür. Deyilənə görə, bu adamın 3 pasportu var. Azərbaycan qanunlarına görə də ikili vətəndaşlığı olan şəxs namizəd ola bilməz. Məncə, tezliklə bu qurum tam daxılmış vəziyyətdə olacaq.
- İsa Qəmbər Rüstəm İbrahimbəyovun namizədliyini dəstəkləsə də, bildirib ki, 4 yanvar 2013-cü ildəki prezident seçkilərində namizəd olması ilə qərarı qüvvədədir. Ola bilərmi ki, seçkilərin gedişində İsa qəmbər vədindən imtina edib qərarını dəyişsin?
- Görünür İ.Qəmbər Rüstəm İbrahimbəyovun hüquqi baxımdan namizəd ola bilməz xəbərini əvvəlcədən bilirmiş və odur ki, radikal müxalifətin güya ümumi "birliyinin" pozulmaması üçün və digər ittihamları özünə yaxın buraxmaması üçün bu gedişi etdi. Mən həmişə demişdim ki, İsa Qəmbər Əbülfəz Elçibəyin prezident seçkilərində vahid namizədliyini qəbul etməyibsə, deməli, siyasət adamı olmayan Rüstəm İbrahimbəyova qəti güzəştə etməz. Bu bir daha özünü göstərdi. İndi İ. Qəmbər həm R. İbrahimbəyovu , həm də digər siyasi düşərkəni məcbur edəcək ki, onun namizədliyini qəbul etdirsin. Bu fakta görə də Əli Kərimli pis vəziyyətə düşüb. İndiki vəziyyətdə özü danışa bilimirsə, yaxın ətrafı, müavinləri səviyyəsində müsavatçılara hücum edirlər. Mənə elə gəlir ki, İ. Qəmbərin namizədlik məsələsi olmuş olsa, Əli Kərimli buna razıqlıq verməyəcək. Bir daha qeyd etmək istəyirəm ki, bu düşərgədən İ. Qəmbər vahid namizəd olmuş olsa belə, 2013-cü ilin seçkilrində güclü namizəd olmayacaq. Seçkiyə 4 aydan da az vaxt qalıb. İndiyə kimi 18 namizəd irəli sürülüb. Bu namizədlərdən 1 nəfəri Cənab İlham Əliyev hakimiyyətin namizədidir. Yerdə qalan 17 nəfər isə birbaşa müxalifət nümayəndəsidir. Bütün göstəriciləri ilə bu ilki seçkilərin ən güclü namizədi Prezindent Cənab İlham Əliyevdir. Seçkinin favoriti Prezident İlham Əliyevdir.
Cahid Süleymanov
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB