Mais Səfərli: “Azərbaycanda hər kəsə vətəndaşlıq mövqeyinə görə yanaşılır” AÇIQLAMA
"Azərbaycanda dini və etnik problemlər yoxdur". Bunu SİA-ya Yurddaş Partiyasının sədri Mayıs Səfərli "Milli Şura"nın daxilində Eldar Namazovun dini və etik zəmində yaratmaq istədiyi komissiyaya münasibət bildirərkən deyib.
Onun sözlərinə görə, beynəlxalq təşkilatların hesabatlarında da ölkəmizdə dini və etnik problemlərin olmadığı bildirilir: " "Human Rights Watch" və digər təşkilatlar Azərbaycanı yerli-yersiz tənqid edirlər. Biz bunu qəbul etmirik, çünki bu, gerçəkliyə uyğun olmayan tənqiddir. Azərbaycan kiçik bir ölkə olsa da, burada bir çox millətlərin nümayəndələri yaşayır. Eyni zamanda Azərbaycanda bizə düşmən mövqedə olan ermənilərin xeyli sayda soydaşları yaşayır ki, bunlarla bağlı da heç bir problem yoxdur. Ölkəmizdə minlərlə erməni gəlinləri var və onların heç biri etnik problemlərlə üzləşmirlər. Azərbaycanda milli siyasət sözün əsl mənasında nümunədir. Məhz elə bunun nəticəsidir ki, Ümummilli lider Heydər Əliyev tərəfindən əsası qoyulan bu siyasət butün azərbaycanlıları vahid bir məkanda birləşdirib. Azərbaycanda heç kimin milli mənsubiyyətinə baxılmır və hər kəsə vətəndaşlıq mövqeyinə görə yanaşılır. Ölkəmizdə yaşayan hər bir xalqın nümayəndəsi azərbaycanlı adına görə qürur duyur".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB