Bu Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin ofisində "İqtisadi Diplomatiya və regionların iqtisadi inkişafı" mövzusunda seminar keçirilib. SİA-nın xəbərinə görə, seminar iqtisad elmləri doktoru, professor Amil Məhərrəmov tərəfindən keçirilib.
Seminarı giriş sözü ilə açan YAP GB-nin sədri Seymur Orucov gənclərə seminar haqqında məlumat verib: "Azərbaycan Qafqazın ən inkişaf etmiş ölkəsidir. Qafqazda ÜMD-nin 90 faizi Azərbaycanın payına düşür. Azərbaycan neftdən gələn gəlirləri düzgün istiqamətə yönəldərək, qeyri neft sektorunun inkişafını gücləndirir".
Daha sonra seminarda çıxış edən iqtisad elmləri doktoru, professor Amil Məhərrəmov gəncləri salamlayaraq, seminarın onlar üçün əhəmiyyətindən danışıb. Bildirib ki, dünyada bütün ölkələr kimi Azərbaycanda öz iqtisadi qüdrətini artırmağa çalışır: "Bununla yanaşı təmsil olunduğu regionda əlaqələrini genişləndirir".
Professor vurğulayıb ki, Azərbaycanın düşünülmüş iqtisadi siyasəti artıq öz nəticələrini verməkdədir: "Azərbaycan Respublikası dövlət müstəqilliyini qazandıqdan sonra onun xarici iqtisadi siyasətinin mühüm istiqamətlərindən birini beynəlxalq maliyyə-kredit və iqtisadi qurumlarla əlaqələr təşkil edib. Ötən dövr ərzində bu sahədə kifayət qədər iş görülüb. Bununla yanaşı sahibkarlığı inkişaf etdirmək, əlverişli biznes və investisiya mühiti yaratmaqla daxili və xarici investisiyaları cəlb etmək, qeyri-neft sektorunun inkişafına nail olmaq bu mərhələdə həyata keçirilən iqtisadi siyasətin səciyyəvi xüsusiyyətlərindəndir".
Daha sonra seminar diskusiya şəklində davam edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB