Əli Əhmədov: "Xarici siyasətdə Macarıstanla əlaqələr əhəmiyyətli yer tutur"
İyunun 1-də Yeni Azərbaycan Partiyasının sədr müavini – İcra katibi, Milli Məclisin deputatı Əli Əhmədov Macarıstanın "Daha yaxşı Macarıstan uğrunda" partiyasının sədri Qabor Vonanın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.
Əli Əhmədov görüşdə iki ölkə arasında sıx əməkdaşlıq münasibətlərindən söz açıb və Azərbaycanın xarici siyasətində Macarıstan ilə əlaqələrin əhəmiyyətli yer tutduğunu bildirib.
YAP sədrinin müavini qonaqlara Ermənistanın Azərbaycana təcavüzü nəticəsində yaranmış Dağlıq Qarabağ münaqişəsi və bu münaqişənin sülh yolu ilə həll edilməsi istiqamətində Azərbaycan tərəfinin həyata keçirdiyi siyasət, həmçinin YAP-ın yaranması, keçdiyi inkişaf yolu və Azərbaycanın ictimai-siyasi həyatındakı yeri barədə ətraflı məlumat verib.
Qabor Vona ölkəmizə səfərindən məmnunluq duyduğunu bildirib, son vaxtlar Azərbaycanda aparılan quruculuq-abadlıq işlərinin təqdirəlayiq və digər ölkələr üçün yaxşı nümunə olduğunu vurğulayıb.
Qonaq partiyasının YAP ilə əməkdaşlıqda maraqlı olduğunu qeyd edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB