Qafqaz Müsəlmanları İdarəsinin sədri Hacı Allahşükür Paşazadənin rəhbərliyi ilə Azərbaycan-İran Parlamentlərarası dostluq qrupunun üzvlərinin də təmsil olunduğu Azərbaycan nümayəndə heyəti İranda səfərdədir.
Mayın 19-da nümayəndə heyətimiz İranın Ali Dini rəhbəri Seyid Əli Xamneyi ilə görüşmüşdür.
Səmimilik şəraitində keçən görüşdə ölkələrimiz və xalqlarımız arasında hərtərəfli əlaqələrinin istiqamətlərinə dair səmərəli fikir mübadiləsi aparılmışdır.
Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin səmimi salamlarını çatdıran A. Paşazadən ölkəmizin hərtərəfli inkişafı, insan hüquqlarının qurunması və dini etiqad azadlığının təmin edilməsinə dövlət zəmanətindən bəhs etmişdir. Qafqaz Müsəlmanları İdarəsinin sədri bildirmişdir ki, Azərbaycan dövlət müstəqiliiyini bərpa etdikdən sonra bütün dinləri təmsil edən insanların azad ibadət etməsi üçün geniş imkanlar yaradılmışdır. O cümlədən, yeni məscidlər tikilmiş, qədim məscidlər, ziyarətgahlar və pirlər əsaslı təmir edilmişdir. Bir neçə gün əvvəl Şamaxı rayonunda Prezident İlham Əliyevin iştirakı ilə böyük bir məscid-kompleksi insanların istifadəsinə verilmişdir. Bundan əvvəl isə Sumqayıt və Qəbələ şəhərlərində böyük məscidlərin açılışı olmuşdur. A. Paşazadə əminliklə bildirmişdir ki, Seyid Əli Xamneyi Azərbaycan xalqı üçün ən ağrılı məsələ olan Dağlıq Qarabağ probleminin həlli ilə bağlı dualar edir.
Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin salamlarından məmnunluğunu ifadə edən Seyid Əli Xamneyi onun da isti və səmimi salamlarının Azərbaycanın dövlət başçısına çatdırılmasını xahiş etmişdir. Azərbaycan Respublikasında aparılan hərtərəfli quruculuq işlərindən və inkişafdan xəbərdar olduğunu, ölkəmizin naliyyətlərindən qurur duyduğunu ifadə edən İranın dini lideri bildirmişdir ki, İran həmişə Azərbaycanın yanındadır və dövlətimizin ərazi bütövlüyünü tanyır və hörmətlə yanaşır.
Görüşdə iştirak edən Azərbaycan Ağsaqqallar Şurasının sədri, Milli Məclisin deputatı Fəttah Heydərov Azərbaycan-İran münasibətlərinin inkişafının əhəmiyyəti barədə fikirlərini bölüşmüşdür.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB