"Üzümü həmin deputatlara tutub deyirəm ki, siz kimsiniz?! Sizin hədəfiniz, məqsədiniz, məramınız nədir? Sizin həmin ərazilərə səfəriniz yalnız insanlıq naminədir, yoxsa erməni yaralarını sağaltmaq üçün belə edirsiniz?". SİA-nın məlumatına görə, bu fikirləri Millli Məclisin vitse-spikeri Bahar Muradova Avropa Parlamenti üzvlərinin Azərbaycanın işğal olunmuş ərazilərinə səfərini tənqid edərkən deyib.
"Belə çıxır ki, beynəlxalq hüquq erməni maraqlarının müdafiəçiləri üçün heç bir məna kəsb etmir. Həmin şəxslərə üz tuturam, sizin səfərinizdə məqsəd nədir? Siz Avropa Birliyinə daxil olan ölkələrdə sosial hüquqları pozulan insanların səslərini eşitməli, miqrantların maraqlarını qorumalı olduğunuz halda niyə bir qrup erməninin maraqlarının müdafiəçisinə çevrilmisiniz? Bəlkə doğurdan da sizlər ermənilər tərəfindən ələ alınmısınız, sizə ödənişlər verilib? Bu barədə də müzakirələr açılmalıdır",- deyə B. Muradova fikirlərinə əlavə edib.
Diplomatik çərçivələrdən çıxmamışıq, ancaq çərçivələri gözlədikcə üzərimizə gəlirlər deyən vitse- spiker qeyd edib ki, hansı tondan, ifadədən istifadə edirlərsə, biz də o tonda və o ifadə ilə cavab verməliyik: "Yüz minlərlə azərbaycanlı öz evlərinə dönə bilmirlər. Standartları gözləmək başımızda çatlayır. Mən əminəm ki, bu, davam edəcək. Qarşıdan prezident seçkiləri gəlir. Onlara söyləyirəm ki, Azərbaycana qarşı fəaliyyətdə əlinizi, dilinizi saxlayın. Bu onların bioqrafiyası üçün qara ləkədir. Bütün vətəndaşlar, siyasi partiyalar, gənclər buna münasibət bildirməlidirlər".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB