Yalançı "erməni soyqırımı" ifşa olundu

Yalançı "erməni soyqırımı" ifşa olundu

Bu gün Beynəlxalq Diaspor Mərkəzi (BDM), Milli QHT forumunun deportasiya olunan qacqın və məcburi köçkünlərlə iş üzrə sektoru, Azərbaycan qaçqınlar cəmiyyəti və Qarabağ azadlıq təşkilatının (QAT) birgə təşkilatçılığı ilə qondarma "erməni soyqırımı" ilə əlaqədar tədbir keçirilib. SİA-nın məlumatına görə, tədbirdə deportasiya və soyqırımına məruz qalmış vətəndaşlar, QHT nümayəndələri, tarixçilər iştirak edib.

Tədbirdə azərbaycanlıların qərbi Azərbaycandan deportasiya olunması və ərazilərin ermənilər tərəfindən işğal olunması faktlarını özündə əks etdirən video çarx izlənilib. Beynəlxalq diaspora mərkəzinin sədri İsmayıl Ağayev tədbirdə çıxışında bildirib ki, Azərbaycan torpaqlarının ermənilər tərəfindən işğalı və azərbaycanlıların vəhşicəsinə soyqırıma məruz qalması faktları artıq dünyanın bir sıra ölkələri və beynəlxalq təşkilatları tərəfindən tanınıb.

Onun sozlərinə görə, bütün bunlara baxmayaraq, hələ də beynəlxalq təşkilatlar bu reallığa göz yumurlar: "1918-ci ilin martında Azərbaycanın mahallarında, şəhərlərində 150 mindən çox soydaşımız ermənilər tərəfindən qətlə yetirilib. Təkcə 1 gün ərzində ABŞ, Fransa, Rusiya konsullarının gözləri qarşısında 10 mindən çox adam öldürülüb. Lakin ermənilər azərbaycanlıların başına gətirdikləri bu faciələri əks fikirlərlə dünya ictimaiyyətinə çatdırır. Çox təəssüf ki, dünya ictimaiyyəti buna inanır və yalancı "erməni soyqırımını" reallıq kimi qəbul edir".

Daha sonra Qarabağ Azadlıq Təşkilatının sədri Akif Nağı ermənilərin türklərə qarşı törətdikləri çoxsaylı soyqırım aktları barəsində danışıb. Bildirib ki, soyqırımlarla yanaşı kütləvi deportasiyalar həyata keçirən ermənilər bu gün də beynəlxalq ictimaiyyətə yalançı "erməni soyqırımı" barəsındə əsassız məlumatlar yayırlar: "Dünyanın bir sıra ölkələrində fəaliyyət göstərən erməni lobbiləri ictimaiyyətə təyziq göstərərək 24 apreli "ermeni soyqırımı" günü kimi qəbul etdirməyə çalışırlar. Hər il isə bu günü sözdə yalançı "erməni soyqırımı" günü kimi qeyd edib, azərbaycan gərçəkliklərini öz adlarına çıxırlar".

Digər tədbir iştirakçıları da tarix boyu türklərə qarşı törədilmiş erməni vəhşilikləri haqqında, Azərbaycanın və Türkiyənin ərazi bütövlüyünün tanınması barədə çağırışlar ediblər.

Həmçinin tədbirdə 24 aprel sözdə yalançı "erməni soyqırımı" ilə bağlı bəyanat səsləndirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə