Politoloq: “Aİ separatçı Ermənistanla həmrəylik nümayiş etdirir”

Politoloq: “Aİ separatçı Ermənistanla həmrəylik nümayiş etdirir”

Son zamanlar Avropa İttifaqının (Aİ) Ermənistana olan münasibəti dəyişməkdədir. Aİ-nin xüsusilə Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsində mövqeyinin dəyişməsi Cənubi Qafqaz regionunda gərginliyi artırmaqla yanaşı, regionda Rusiyanın mövqeyinin güclənməsinə xidmət edir. SİA-nın verdiyi xəbərə görə, bu sözləri Siyasi İnnovasiya və Texnologiya Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğlu "Qarabağ saatı" mövzusunda keçirdiyi tədbirdə səsləndirib.

Onun sözlərinə görə, Aİ-nin Ermənistanın Avropaya inteqrasiya edəcəyinə dair ikibaşlı siyasətinə inanması sadəlövhlük olardı: "Aİ-nin 2012-ci il üçün "Şərq tərəfdaşlığı" proqramı üzrə təqdim etdiyi hesabatda Azərbaycanın və Ermənistanın "Madrid Prinsipləri" əsasında razılığa gəlməsi məsləhət görülür. Ancaq bundan öncəki illərdə yayılan hesabatlarda Ermənistanın və Azərbaycanın bir-birinin ərazi bütövlüyünü tanıması məsələsi tələb kimi qoyulub. Azərbaycanın Ermənistan ərazilərinə iddiası heç bir vaxt olmayıb. Son üç il ərzində baş tutan danışıqlardan sonra Aİ Ermənistana güzəşt edib. Rusiyanın əlində alət olan Ermənistana edilən belə güzəşt indiki şəraitdə Rusiyanın əlində Xəzər-Qafqaz regionunda gərginliyi artırmağa xidmət edir. O baxımdan Avropanın keçmiş SSRİ-ni yaratmaq istiqamətində Rusiyanın mövqeyini dəstəkləməsi anlaşılmazdır. Bundan əlavə Aİ indiyədək Ermənsitanın Moldovadan aldığı raketlərin taleyi ilə qətiyyən maraqlanmayıb. Ermənistanın Avropaya münasibəti siyasi manevr deyilsə, həmin raketləri məhv etməlidir. Hər kəsə məlumdur ki, bu raketlərin alınmasında məqsəd Azərbaycanın neft infrastrukturlarını məhv etməkdir.

Politoloq bildirib ki, Ermənistanda biabırçı şəkildə keçirilmiş prezident seçkilərinə müsbət qiymət verən Aİ Azərbaycandakı prezident seçkilərinin neqativ hallarla keçəcəyini ümid edir. Buna görə də indidən bu istiqamətdə ssenari hazırlamağa çaılışır: "Seçkilərdən sonra Aİ Ermənistan üçün donor konfransı təşkil etməyə hazırlaşır. Halbu ki, Aİ konfransın keçirilməsi üçün Ermənistanın qarşısına iki şərt qoymuşdu. Birinci prezident seçkilərini demokratik keçirmək, ikinci Dağlıq Qarabağ münaqişəsinin həllində uğur əldə etmək idi. Ancaq Aİ Ermənistanda prezident seçkisindəki biabırçı qanun pozuntularını nəzərə almadı. Eyni zamanda Ermənistanda Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsində nümayiş etdiridiyi mövqeyini dəyişib. Aİ bu səbəbdən donor konfransının təşkilinə hazırlaşır. Bunları nəzərə aldıqdan sonra qarşımızda Aİ-nin Azərbaycan qarşı əcaib mövqeyi ilə qarşılaşırıq. Azərbaycan Aİ-ə neft-qaz ixracatını artırır. Azərbaycanın Aİ istiqamətində artırdığı neft-qaz satışından gələn pulun çoxluğu Azərbaycanda müəyyən qruplar tərəfindən narazılıqla qarşılanır. Həmin qruplar belə güman edirlər ki, Azərbaycan rəhbərliyi əldə etdiyi pulu özü mənimsəyir və korrupsiya güclənir. Avropa İttifaqı Azərbaycandakı həmin qrupları dəstəkləyir. Maraqlı məqam burasıdır ki, Azərbaycanın Avropaya neft-qaz satıb çox pul qazanmasından Ermənistan da narazıdır. Aİ həmin Ermənistanı da dəstəkləyir. Deməli, Azərbaycan Avropaya neft-qaz nəqlini azaltsa, həm Azərbaycanın daxilindəki narazılar, həm də Ermənistan sakitləşəcəkdir. O baxımdan, Azərbaycanın Avropa istiqamətindəki enerji layihələrinə yenidən baxmağı daxili sabitlik üçün zəruri faktora çevrilir".

Bütün xəbərlər Facebook səhifəmizdə