Politoloq: “Gürcüstanın siyasi hakimiyyəti bu məsələ ətrafında ciddi düşünməlidir”

Ermənistan-Abxaziya dəmiryol xəttinin bərpası Gürcüstanın milli maraqlarına xidmət etmir. Bunu SİA-ya "Yeni Azərbaycan" qəzetinin redaktoru Hikmət Babaoğlu bildirib.

Onun sözlərinə görə, hələ 2008-ci il avqust ayının 7-də faktiki olaraq Gürcüstan Rusiya ordusu tərəfindən işğal edildi: "Bundan sonra isə Gürcüstanın beynəlxalq hüquq tərəfindən tanınan ərazi bütövlüyü ilhaq edildi. Beləcə Gürcüstan dövlətinin tərkibində olan muxtar qurumlar bir neçə ölkə o cümlədən Rusiya dövləti (Şimal qonşumuz) tərəfindən tanındı. Hesab edirəm ki, müəyyən kompensasiyalar olmadan və müəyyən məsələlərə aydınlıq gətirilmədən və s. bu dəmir yolu xəttinin bərpası hər şeydən öncə bir dövlət olaraq Gürcüstan üçün maraqlı olmalıdır. Düşünürəm ki, bu cür bəyanatlar səslənsə belə onların həyata keçirilməsi, reallaşması asanlıqla həll olunan məsələ deyil. Hesab edirəm ki, Gürcüstanın siyasi hakimiyyəti bu məsələ ətrafında ciddi düşünməlidir".

Bütün xəbərlər Facebook səhifəmizdə