Bu gün Bakıda bir qrup gənc aksiya keçirib. SİA-nın verdiyi xəbərə görə, Bakı şəhər İcra Hakimiyyəti ilə razılaşdırılmamış aksiyanın qarşısı polis tərəfindən alınıb. Aksiya hər zamankı kimi pərakəndəliyi ilə yadda qalıb. Əvvəlcə aksiya Fəvvarələr meydanına təyin olunsa da, daha sonra Sahil bağı və Milli Parkda bir qrup "siyasi fəal" təyin olunmuş yerlərə toplaşdılar. Aksiyanın qanunsuz olduğuna görə polis bir neçə nəfəri saxlayıb.
Aksiyada bir qrup gənc jurnalist peşəsi ilə məşğul olduqlarını göstərən gödəkcə geyinsə də məşğul olduqları peşəyə hörmət etməyərək polisi təhqir edən şüarlar səsləndiriblər. Bundan sonra polis qanunun tələbin uyğun olaraq həmin şəxsləri saxlayıb. Saxlanılanlar arasında olan "jurnalist" Xədicə İsmayıl polisi təxribata çəkərək qəsdən saxlanılmasına şərait yaradıb. Bundan əlavə polisi onlara qoşularaq dövlət əleyhinə çıxmağa səsləyən Emin Millini də təxribatçılığa yol verdiyinə görə saxlayıb. Aksiya qısa müddətdən sonra başa çatıb.
Qeyd edək ki, saxlanılanların sayı dəqiq bilinmir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB