İcra başçısının I müavini: "Müxalifət qəzetlərində yazılanlar yalandır"

İcra başçısının I müavini: "Müxalifət qəzetlərində yazılanlar yalandır"

İsmayıllı Rayon İcra Hakimiyyəti başçısının I müavini Rafael Əhmədov SİA-ya açıqlama verərək rayonda vəziyyətin tamamilə sakit olduğunu bildirib. O, müxalifət qəzetlərində İsmayıllı rayonunda vəziyyətin gərgin olduğu haqda, ölən və yaralananların olması ilə bağlı yazdıqları informasiyalara da aydınlıq gətirib. Bildirib ki, bu cür dezinformasiyaların heç bir əsası yoxdur, bunlar böhtandır: "Müxalifət qəzetlərində yazılanlar yalandır, rayonda tamamilə sakitlikdir. Bu gün rayon ağsaqqalları da yığışıb iclas keçirəcəklər. Hadisə ilə bağlı 2 nəfər şəxs həbs olunub, 32 nəfər isə saxlanılıb və cinayət işi də açılıb. Bunu siyasiləşdirmək lazım deyil. Rayonda vəziyyət çox sakitdir, hər şey əvvəlki axarında davam edir, hər kəs öz işinin başındadır. İnsanlar işə gedib gəlir, yollarda da heç bir problem yoxdur. Yəni İsmayıllıda hal-hazırda heç bir narazılıq, insan toplaşması kimi hallar yoxdur".

Bütün xəbərlər Facebook səhifəmizdə