Cümşüd Nuriyev: "Müxalifətin aksiyaları çeynənilmiş, xarab olmuş saqqıza bənzəyir"
Radikal müxalifət dekabrın 10-da növbəti dəfə icazəsiz aksiya keçirməyi planlaşdırır. İdeya qıtlığından özlərini dibsiz uçuruma sürükləyən müxalifət erməni dəyirmanına su tökməklə öz bədnam niyyətlərini həyata keçirməkdən zövq alırlar. Ancaq həmişəki kimi onların çirkin niyyətləri hədəfə dəymədən sabun köpüyü kimi məhv olub gedir. Müxalifət funksionerləri bünövrəsiz divara bənzəyən bəyanatlar verərək bildirirlər ki, guya bu aksiya fərqli olacaq və aksiyada "sürprizlər" gözlənilir. Radikalların ciddiliyinə inanmasaq da "onların "sürpriz" dedikləri nədən ibarət ola bilər? Sualı ilə politoloq Cümşüd Nuriyevdən münasibət öyrəndik. Azərbaycan müxalifətinin son 24 il ərzində irəli gedə bilmədiyini deyən politoloq SİA-ya açıqlamasında qeyd edib ki, müxalifətin yeganə seçdiyi yol mətbuatda şantaj etmək, küçələrə bir qrup adamı çıxarmaq və bunun əli ilə nəyəsə nail olmaqdır. Bu bir uğursuz gedişdir. Artıq bu çeynənilmiş, xarab olmuş saqqıza bənzəyən bir şeydir. 10 dekabrda Beynəlxalq İnsan Hüquqları Günü ilə bağlı bunlar küçələrə çıxmaq istəyir. Müxalifətin 10 dekabr aksiyası ilə bağlı guya fərqli aksiya olacağı ilə bağlı olan yanaşması əslində ermənilərə sərf edən yanaşmadır. Çünki ermənilərə daha çox Azərbaycanın daxilini qarışdırmaq lazımdır. Bu mitinqi təşkil edənlər törədilə biləcək hər hansı təxribata görə məsuliyyət daşıyırlar. Bəs onlar zəmanət verilərmi ki, hansısa təxribat olmayacaq!? Bu bizi sevməyənlər üçün çox gözəl bir şansdır.
Politoloq Cümşüd Nuriyev hesab edib ki, onlar bununla ilk öncə mətbuat vasitəsilə düşmənlərimizə "sürpriz" olacaq, buyurun gəlin, nə istəyirsiz eləyin deyirlər. Birincisi, bu siyasi cəhətdən çox ağılsız bir demarşdır. İkncisi, bunların "sürprizi" nədən ibarət olacaq? Müxalifət bir neçə dəstələrlə, beş-beş, on-on mağazalara alıcı kimi girib sonra çıxıb qışqırıq salacaqlar. Bundan başqa onlar bir neçə qadınlardan da istifadə eəcklər. Çünki onlar daha çox hay-küy salırlar. Əslində müxalifətçilər bu yolla xaricə getmək üçün Azərbaycanı sevməyən bəzi səfirliklərdə də danışıqlar aparırlar. Onlar bu sahədə biznes formalaşdırıblar. Deməli, müxalifətçilər çıxıb hay-küy salacaq, sonra da mitinqdən sonra bir neçə jurnalist, qəzet redaktoru, blogger xaricə gedəcəklər. İndi də yəqin növbəti kimlərinsə xaricə getməsinə ehtiyac var və buna görə də bunu inandırıcı etməlidirlər. Ilk növbədə polisin üzərinə gedəcəklər. Necə ki, Təhsil Nazirliyinin qabağında bu cür profakasiya yaratdılar. Polisi təxribata çəkəcəklər. Sonra da xaricdən sığınacaq istəyəcəklər. Və xaricdə Azərbaycanın əleyhinə danışan bayquşların sayı çox olacaq. Ancaq onların niyyətləri həyata keçməyəcək.
Samir Feyruzov
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB