İyulun 2-də Azərbaycan polisilərinin peşə bayramıdır. SİA-nın məlumatına görə, ölkənin bütün sahələri üçün hava və su kimi vacib olan, ölkədaxili sabitliyi qoruyaraq vətəndaşın asayişini mühafizə edən polislərinin yaranmasının 94-cü il dönümü qeyd olunur. Polislər vətəndaşların qanuni mənafelərinin və mülkiyyətinin hüquqa zidd əməllərdən qorunması, insanların azad, sərbəst yaşaması üçün üzərlərinə düşən vəzifələri layiqincə yerinə yetirən şəxslərdir.
Xatırladaq ki, 1918-ci il iyulun 2-də Daxili
İşlər Nazirliyinin tərkibində, cinayətkarlıqla mübarizə və ictimai
təhlükəsizliyin təmin edilməsi kimi məsuliyyətli bir vəzifəni yerinə yetirən
polis orqanlarının yaradılması başlanıb. 1998-ci il mayın 29-da isə Azərbaycan
Respublikasının prezidenti Heydər Əliyev həmin tarixin "Polis günü" elan
edilməsi barədə xüsusi fərman imzalayıb. Bu isə tarixi varisliyin, ədalətin
bərpası kimi ən yüksək qiymətə layiq mühüm bir addımdır. Polis orqanları bu gün
qısa zaman kəsiyində ictimai-siyasi sabitliyin və dövlətin, xalqın
təhlükəsizliyini qorumağa qadir olan layiqli bir quruma çevrilib.
Qeyd edək ki, ümummilli liderimiz Heydər Əliyev
Azərbaycan polisinin işini həmişə yüksək qiymətləndərək ona arxa, dayaq olub. Bu diqqət və qayğını
Azərbaycan polisi bu gün də ulu öndərin davamçısı olan Prezident İlham
Əliyevin simasında da hiss edir.
Mənzər Ərçəqızı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB