\"Bakı yaxınlığında yeni dəniz ticarət limanının tikintisi 2015-ci ildə başa çatacaq. Hazırda limanda tikinti və dərinləşdirmə işlərinin 60 faizi görülüb başa çatdırılıb\". SİA-nın xəbərinə görə, bunu bu gün jurnalistlərə Azərbaycan nəqliyyat nazirinin müavini Musa Pənahov bildirib. Onun sözlərinə görə, bu yaxınlarda tenderin qalibləri müəyyənləşəcək: "Hansı ki, onlar limanın üst tikinti işləri ilə məşğul olacaqlar. 3 il müddətində liman tikilib istifadəyə veriləcək. 11 şirkət tenderdə öz təkliflərini verib ki, onlardan da 3 şirkət həmin müsabiqədə iştirak edəcək. Daha sonra həmin 3 şirkət arasında da seçimlər olacaq. Limanın gücü ildə 8 mln. ton yük və 50 min konteyner olacaq. Liman tam gücü ilə işləyəndə gücü ildə 25 mln. tona və 1 mln. konteynerə çatacaq".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB