"Almaniya bank krizisindən çıxa bilməsi üçün İspaniyaya öz məsləhətlərini verir" – deyə alman mediyası xəbər verir. Əsas yol olaraq da Avropa Maliyyə Stabilliyi Fondundan yardım almaq göstərilir. Ispaniya isə bu yardıma və həmçinin məsləhətə çox ehtiyyatla yanaşır. İspaniya hökuməti hələ ki, yerli bankların köməyə ehtiyacı olacağı anda bunu öz üzərinə gətürə biləcəyini bəyan edir. Amma bu bəyanatda bir ehtiyyat da hiss edilməkdədir.
Əslində Almaniya da sözünü Yunanıstanda olduğu kimi təkidlə deyil, məsləhət formasında deməyi üstün tutur. Bunu Almaniyanın maliyyə naziri Volfqanq Şoyblenin ötən gün etdiyi açıqlamasından da hiss etmək olar: "Avropa Maliyyə stabilliyi Fondundan yardım alıb-almamaq ispaniya hökumətinin daxili işidir".
Amma elə bunun ardınca da vəziyyətdən çıxış olaraq məhz bu addımın atılmasını məsləhət gorür. Elə alman maliyyə mütəxəssislərinin hesablamalarına görə İspaniyaya vəziyyətdən çıxmaq üçün 50-90 milyard avro vəsait gərək olacaq ki, bunu da yerli hökumət həll edəcək gücdə olmaya bilər. Əsas məqsəd isə Yunanıstanın avrozonadan çıxacağı halda növbəti qurbanı verməməkdir. Avronu və avrozonanı xilas eləmək üçün üzv ölkələr daha bir yol təklif edirlər. Borcları ümumiləşdirmək. Yəni bərabər bütün üzv dövlətlərə paylamaq. Bunu isə qəti əleyhdarı Almaniyadır.
Rəsmi Berlin bu halda Almaniyanın üzərinə ağır yük düşəcəyi əminliyindədir və əlavə olaraq hesab edir ki, bu halda digər ölkələr məsuliyyətlərini azaldacaq və öz "tənbəlliklərini" bölüşmüş olacaqlar. Almaniya hələ öz ehtiyyatını qorumağa çalışır. Bu ehtiyyatın isə lazımi anda nə müddətə yetəcəyi barədə müxtəlif mütəxəssis fikirləri var. Ən bədbini və deyəsən elə ən həqiqətə yaxın olanı isə məhşur amerika maliyyəçisi Corc Sorosun proqnozu görsənir.
Mütəxəssis avronun ölümdən xilas olması üçün təxminən 3 ay vaxt qaldığını deyir. Sorosun fikrincə krizis vaxtı sükan arxasına məhz kreditorlar keçməlidir. Və bu məqamda əsas rolun Almaniyada olduğunu qeyd edir. Onun fikrincə belə davam edəcəyi halda isə Almaniya öz ehtiyyatlarını payıza qədər tükətmiş olacaq ki, bu da ümumilikdə avronun sonu deməkdir. Sorosun fikrincə Avropa ölkələrinin, xüsusən də Almaniyanın həmin ölkələrə təlqin eləmək istədiyi büdcə xərclərinin maksimuma qədər azaldılması vəziyyətdən çıxış yolu deyil. Bu sadəcə prosesi bir qədər yubada bilər. Maliiyəçinin fikrincə avropa hakimdairələri krizisin əsl səbəbini hələ də anlamırlar: "onlar hesab edirlər ki, bu büdcə kəsirlərinin yaratdığı problemdir, əslində isə krizis bank sektorlarındakı problemlərdən və rəqabəti uduzan istehsaldan gəlir".
Corc Sorosun proqnozu nə qədər bədbin olsa da ciddi bir maliyyəçinin fikirləridir. Həmin maliyyəçinin ki, hələ 2011-ci ilin əvvəllərində Yunanıstanın avrozonadan çıxmasının qaçılmaz olacağını demişdi. Bütün hallarda yaxın gələcəkdə Avropanı çox ciddi maliyyə sınaqlarının gözlədiyini demək üçün heç Corc Soros olmağa da ehtiyac yoxdur.
Şahin Abasov,
SİA-nın Almaniyadakı xüsusi müxbiri
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB