Prezident İlham Əliyev italiyalı həmkarını təbrik edib

Prezident İlham Əliyev italiyalı həmkarını təbrik edib
Azərbaycanın prezidenti İlham Əliyev italiyalı həmkarı Ciorcio Napolitanoya İtaliyanın milli bayramı – Respublika günü münasibətilə təbrik məktubu göndərib. SİA-nın məlumatına görə, ölkə başçısının təbrik məktubunda bu gün Azərbaycan-İtaliya münasibətlərinin, siyasi, iqtisadi və mədəni əlaqələrimizin dinamik şəkildə inkişaf etməkdə olduğu qeyd olunub.

"Qarşılıqlı maraq doğuran bir çox sahələrdə ikitərəfli qaydada əməkdaşlığımız Avropa İttifaqının həyata keçirdiyi proqramlar çərçivəsində öz formatını daha da genişləndirir. Əminəm ki, ölkələrimiz və xalqlarımız arasındakı dostluq münasibətlərinin möhkəmləndirilməsi yolunda birgə səylərimizi bundan sonra da ardıcıl şəkildə davam etdirəcəyik", - deyə dövlət başçısının təbrik məktubunda qeyd olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə