Bu gün Ümumdünya Tütünlə Mübarizə günüdür

Bu gün Ümumdünya Tütünlə Mübarizə günüdür

Bu ilki Ümumdünya Tütünlə Mübarizə Günü tütün sənayesinin siqaretin yaratdığı qlobal təhlükələri azaltmaq üçün atılmış təşəbbüslərin əhəmiyyətini azaltmaq üçün daha aqressiv addımlar atmaqda olduğu bir vaxta təsadüf edir. Hökumətlər və beynəlxalq səhiyyə icmaları tütündən istifadənin qarşısını almaq və insanların sağlamlığını qorumaq üçün effektiv tədbirlərə əl atsalar da, bu təşəbbüslər məhsullarının insanları öldürdüyü sənaye tərəfindən müqavimətlə qarşılanır. Tütündən istifadə insanlarda xərçəng, ürək-damar və nəfəs yolları xəstəlikləri yaradaraq onları öldürür. Bu qeyri-yoluxucu xəstəliklər üçün qarşısı alına bilən ən birinci risk faktorudur. Hər il təxminən 5 milyon insan tütündən istifadəyə görə dünyasını dəyişir. Digər 600000 insan isə tütün tüstüsündən, yəni passiv siqaret çəkmədən ölür.

Tütün insanlara hərtərəfli və ağır zərbə vurur. O, inkişafı ləngidir və yoxsulluğu kəskinləşdirir. Tütündən istifadə əhalinin yoxsul təbəqəsi arasında daha çox rast gəlindiyinə və yoxsul insanların bu vərdişin yaratdığı maddi və səhiyyə problemlərindən daha çox əziyyət çəkdiklərinə görə, bu asılılıq və yoxsulluq çox ağır fəsadlar törədir. Tütünə xərclənən pul qidaya, təhsilə, səhiyyə sahəsinə sərf oluna bilməz. Onu da qeyd etmək lazımdır ki, tütündən istifadə onun təsirlərini aradan qaldırmaq üçün az imkanlara malik olan, aşağı gəlirli ölkələrdə sürətlə artır.

Tütündən istifadə və ictimai səhiyyə siyasətini tütün sənayesinin mənfi təsirlərindən qorumaq üçün effektiv vasitələr yaradılıb. 174 tərəf ölkələrlə imzalanmış və 2005-ci ildə qüvvəyə minən tütün nəzarətinə dair Ümumdünya Səhiyyə Təşkilatının Çərçivə Konvensiyası BMT tarixində iştirakçıların sayı sürətlə artan müqavilələrdən biri olub. Ötən il yüksək səviyyəli iclasda qəbul olunan qeyri-yolxucu xəstəlikləri üzrə siyasi bəyannamə ilə beynəlxalq ictimaiyyət tütün istehlakı və istifadəsini azaltmaq üçün səylərini artırmağa qərarlı olduğunu bir daha bildirib.


Qlobal inkişaf məqsədlərimizə çatmaq üçün tütünlə mübarizə zəruridir. Biz bu mübarizə üçün səylərimizi artırmasaq, tütün bu yüzillik ərzində bir milyarda qədər insanın ölümünə səbəb ola bilər. Tütün sənayesi və ictimai sağlamlıq siyasətinin maraqları bir-birinə ziddir. Çərçivə konvensiyası qüvvəyə minəndən sonra tütün sənayesi insan sağlamlığını nəzərə almadan qoruyucu tədbirlərə qarşı mübarizə aparır. Lakin biz irəliləyiş əldə edirik. Bəzi ölkələr cəmi 3 il ərzində çərçivə konvensiyasına uyğun olaraq həyata keçirilən güclü tütün nəzarət tədbirləri nəticəsində tütün istifadəsini 25 faizə qədər azaltmağa nail olub.


Ümumdünya Tütün ilə Mübarizə günündə, mən bütün hökumətləri və vətəndaş cəmiyyətlərini tütün sənayesinin çərçivə konvensiyasının həyata keçirilməsinə mane olmaq üçün səylərinin qarşısını almağa çağırıram. Gəlin tütün sənayesinin müqavimətlərinə qarşı çıxaq və tütündən azad dünya baxışını həyata keçirək.


Bütün xəbərlər Facebook səhifəmizdə