“Xalq nəzarəti” jurnalının xüsusi buraxılışı işıq üzü görüb - FOTO

Azərbaycan xalqının Ümummmilli lideri Heydər Əliyevin anadan olmasının 89-cu ildönümü paytaxtımızın mərkəzi rayonu olan Səbail rayonunda xüsusi sevgi və məhəbbətlə qeyd olunub, ulu öndərin əziz xatirəsi hər yerdə böyük hörmətlə yad edilib. Səbail rayon İH-nin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, Ulu öndərin doğum gününün ildönümünə hazırlıq işləri çərçivəsində Səbail rayon İcra Hakimiyyəti tərəfindən geniş tədbirlər planı hazırlanıb və bu tədbirlər çərçivəsində görülən işlərdən biri də son illər ərzində rayonda sosial-iqtisadi sahədə əldə olunan nailiyyətlər, həyata keçirilən iri miqyaslı layihələr, görülən işlər, keçirilən tədbirlərə həsr olunmuş "Xalq nəzarəti" jurnalının xüsusi buraxılışının işıq üzü görməsi olub. Jurnalın baş redaktoru İnsaf Əliyevanın ilk səhifələrdə yer aldığı "Ön söz"ündə rayon barədə, burada yerləşən tarixi, mədəni və digər obyektlər barədə qısa məlumat verilib.

Jurnalda Səbail rayon icra hakimiyyətinin başçısı Asif Əsgərovun qısa zaman kəsiyində rayonda qazanılan uğurlar, görülən geniş miqyaslı işlərlə həsr olunmuş "İntellektual potensial və mədəni irsin mərkəzi - Səbail rayonu" başlığı ilə məqaləsi dərc olunub. Məqalədə Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi illərdə ölkəmizin və o cümlədən Səbail rayonunun inkişafı üçün gördüyü işlərdən söz açılmış, onun layiqli davamçısı, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin paytaxtımızın mərkəzi rayonu olan Səbail rayonuna göstərdiyi diqqət və qayğı, onun tapşırıq və göstərişlərinə əsasən rayon ərazisində aparılan misli görünməmiş işlər, həyata keçirilən layihələr, şəxsi iştirakı ilə açılışı keçirilən obyektlər barədə məlumat verilib. Yazıda rayon İcra Hakimiyyəti tərəfindən həyata keçirilən sosial yönümlü layihələr, keçirilən tədbirlər, qazanılan uğurlara geniş yer ayrılıb.

Çoxsaylı rəngli foto şəkillər nəfis tərtib olunmuş jurnala xüsusi gözəllik verir. Jurnalda rayondakı tarixi-mədəni abidələrin, inzibati obyektlərin, çoxsaylı park və gəzinti yerlərinin şəkilləri ilə yanaşı, yeni tikililərin, tikintisi aparılan obyektlərin layihələrinin fotoları da yerləşdirilib. Keçirilən müxtəlif tədbirlərin şəkilləri oxucularda onlar barədə geniş təəssürat yaradır.

Jurnalda rayonun idarə və təşkilatları, hüquq-mühafizə orqanları, təhsil, səhiyyə, mədəniyyət müəssisələrinin rəhbərlərinin, ictimaiyyət nümayəndələrinin, rayonla sıx dostluq əlaqələri olan Daxili İşlər Nazirliyi, Daxili Qoşunların Komandanının, rayondan Milli Məclisə seçilmiş millət vəkillərinin Səbail rayonda əldə olunmuş uğurlar və görülən işlər barədə materialları çap olunub.

Ulu öndən Heydər Əliyevin 89-cu doğum günü ilə bağlı böyuk tirajla işıq üzü görümüş bu jurnal səbaillilərin bu əlamətdar hadisəyə daha bir töhfəsi olub.



Bütün xəbərlər Facebook səhifəmizdə

loading...