Cümşüd Nuriyev: “Azərbaycan müxalifəti 1993-cü ildən bu yana xüsusi sifarişlər əsasında fəaliyyət göstərir”
\"Mitinqlərin keçirilməsi ilə gündəmdə qalmaq tək Azərbaycanda deyil bütün dünyada özünün doğrultmayan bir amildir. Avropada keçirilən mitinqlər sosial təminat xarakteri daşısa da Azərbaycanda təşkil olunan mitinqlər isə əksinə sifariş və siyasi hakimiyyətin hərisliyi mitinqidir\". Bunu SƏSTV-yə açıqlamasında müxalifətin aprelin 16-da Bakıda keçirilməsi planlaşdırılan mitinqlərinə münasibət bildirən politoloq Cümşüd Nuriyev deyib. Onun sözlərinə görə, dünya ölkələrində- İspaniyada, Yunanıstanda, Portuqaliyada, İngiltərədə, Almaniyada və s. keçirilmiş mitinqlər dövlətə ziyan vurmaqdan başqa bir şey deyil: "Bunların hər birinin arxasında xüsusi sifariş dayanır. Azərbaycan müxalifəti son 18 ildə yəni 1993-cü ildən bu yana sifarişlər əsasında fəaliyyət göstərir".
Politoloq hesab edir ki, müxalifət keçirdiyi mitinqlərdə Qarabağ məsələsini qaldıraraq iqtidardan Qarabağ probleminin həlli yollarını tələb etsə, bu qəbul oluna bilən bir məsələdir: "Bu əslində iqtidara dövlətə və millətə bir köməkdir. Lakin bu insanların maraqları ancaq özlərinin şəxsi maraqlarına köklənib. Burada dövlət və millət maraqlarından söhbət belə gedə bilməz. Onlar heç olmasa oturaraq ABŞ-ın 200 illik tarixinə diqqət yetirməlidirlər. Belə ki, onlar sırf işğalçılıq nəticəsində 7 ştatdan 50 ştata gəlib çatıblar. İnsan hüquqlarının pozulmasına gəlincə, birinci növbədə bunu Qərb və ABŞ dövləti pozur".
C.Nuriyevin sözlərinə görə, Azərbaycanda keçiriləcək "Avroviziya" kimi möhtəşəm mahnı müsabiqəsində xüsusilə bu mitinqlərin gündəmə gətirilməsi xarici dövlətlərin, eləcə də Qərbin Azərbaycanla bağlı iqtisadi maraqlarına köklənib. Belə ki, onlar bir növ iqtisadi maraqları təmin etməkdən ötrü Azərbaycanın imicinə xələl gətirməyə çalışırlar: "Azərbaycan dövləti həm iqtisadi inkişaf tempinə, həm adambaşına düşən Ümumi Daxili Məhsula (ÜDM) eləcə də insan inkişafı indeksiyasına görə, artıq dünyanın aparıcı təşkilatları tərəfindən qəbul olunan bir dövlətdir"-, deyə politoloq sözlərinə əlavə edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB