DİN Şirvan-Hacıqabul dəmir yolunda baş vermiş qəza ilə bağlı rəsmi məlumat yayıb

DİN Şirvan-Hacıqabul dəmir yolunda baş vermiş qəza ilə bağlı rəsmi məlumat yayıb

Daxili İşlər Nazirliyi Şirvan-Hacıqabul dəmir yolunda baş vermiş qəza ilə bağlı rəsmi məlumat yayıb. SİA-nın nazirliyin rəsmi saytına istinadən verdiyi məlumata görə, aprelin 3-də saat 13:00 radələrində Şirvan-Hacıqabul dəmir yolunda Sabirabad rayon sakini Sarvan Əliyev \"QAZ-33023\" markalı avtomaşını idarə edərkən onu elektrovoza vurub.

Nəticədə Əliyevin xəsarət almış sərnişinləri Yafiq Qurbanəliyev və Teyyub Niftəliyev xəstəxanaya yerləşdirilib, vəziyyətləri orta-ağırdır.

Bütün xəbərlər Facebook səhifəmizdə