27-28 fevralda Azərbaycanda Amerika Ticarət Palatası Dövlət Gömrük Komitəsi ilə birlikdə Dövlət Gömrük Komitəsinin əməkdaşları üçün "Əmtəə Nişanlarının Qorunması – Saxta Məhsullarla Mübarizə" mövzusunda seminar təşkil edib. SİA-nın xəbərinə görə, seminarda Dövlət Gömrük Komitəsinin Aparatının, struktur bölmələrinın və yerli gömrük orqanlarının 40 nəfər əməkdaşı iştirak edib.
İki gün işini davam etdirən seminar çərçivəsində Dövlət Gömrük Komitəsinin əməkdaşları saxta məhsulların müəyyən edilməsi üsülları barədə məlumatlandırılıblar. Tədbirin yekunu olaraq tərəflər əməkdaşlığın gələcəkdə davam etdirilməsinin vacibliyini xüsusi qeyd ediblər.Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB