Türkiyənin xarici işlər naziri Əhməd Davudoğludan da Fransanın ünvanına sərt ismarıc göndərilib. Davudoğlu bu qanunla Fransanın orta əsrlərə qayıtdığını bildirib. "Fransa milli məclisində dünənki səsvermə ilə Avropa fəlsəfi və ideoloji cəhətdən Orta Əsrlərə qayıtdı. Bunu çox açıq şəkildə deyirəm. Qəddafinin, Bin Əlinin və Bəşər Əsədin rejimi öz xalqlarına nə düşünməyi, nəyin doğru, nəyin yanlış olduğunu diqtə etdiyi kimi - dünən də Fransa milli məclisi səs verdi və avropalılara nə düşünməyi və nəyi müzakirə etməyi diktə etdi. Bu mənada, Fransanın milli məclisindəki səsvermənin Yaxın Şərq diktatorlarundan fərqi yoxdur." - deyə, Türkiyənin xarici işlər naziri bildirib.
Davudoğlu Avropa üçün imic yarada bilməyən, Avropanın gələcəyini planlaşdırmayan və Avropada tarixin gedişatını anlamayan bəzi siyasətçilərin kiçik siyasi hesablar, bir qərar naminə Avropanın dəyərlərini ayaq altına atdığını deyib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB