ABŞ-ın 90 min hərbçisinin şəxsi məlumatları "Anonymous" haker qrupunun üzvləri tərəfindən açıq baxışa çıxarılıb. SİA-nın məlumatına görə, internet-xuliqanlar "AntiSec" əməliyyatı çərçivəsində dövlət strukturlarına məxsus saytları sındırmaqda davam edirlər.
Hakerlərin hücumuna məruz qalan məlumat bazasının ümumi həcmi 130 meqabaytdır. Haker qruplaşmasının nümayəndələri bəyan edirlər ki, nəinki onminlərlə hərbçinin şəxsi məlumatlarını, eyni zamanda qurumun proqram təminatına aid olan məlumatlarını da oğurlayıblar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB