Mübariz Əhmədoğlu: “Ermənistan çalışır ki, Qafqaz regionu ətrafındakı vəziyyəti gərginləşdirsin”-AÇIQLAMA
Ermənistanın daxilindəki psixoloji vəziyyət Rusiyada Dağlıq Qarabağ münaqişəsinin həllində baza prinsipləri üzrə sənədin imzalanmasına şərait yaradır, maneçilik törətmir. SİA-nın xəbərinə görə, bu barədə politoloq Mübariz Əhmədoğlu məlumat verib. O bildirib ki, Dovil bəyanatından sonra bugünədək Ermənistanın daxilində Kazan görüşünə ciddi müqavimət göstərən, onu pisləyən fikirlər səsləndirilmir, ancaq müsbət sözlər danışılır. Müxalifətin buna qətiyyən etiraz etmədiyini deyən politoloq bildirib ki, ASALA da buna susur və heç bir münasibət bildirmir.
"2-3 keçmiş hərbçidən başqa Ermənistanda heç kim baza prinsiplərini tənqid etmir. Bu gün Ermənistanın daxilində elə qüvvələr var ki, Dağlıq Qarabağ münaqişəsində ermənilərin əldə etdiyi qələbəni özlərinin şəxsi qələbəsi hesab edirlər. Bir politoloqun da rəyi var ki, Madrid Prinsiplərinin hansı formada təqdim olunmasından asılı olmayaraq bu Ermənistan üçün milli faciədir. Ancaq qeyd etməliyəm ki, Ermənistanın elan etdiyi maraqların özü uydurmadır. Ermənistan ictimaiyyəti Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsini gözləməkdən usanıb. Əslində Ermənistanda arxa planda cəmiyyət Dağlıq Qarabağla bağlı tamam ayrı formada danışır, ancaq kütlə arasında fərqli danışırlar. Əslində bu gün Ermənistan cəmiyyətində Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi ətrafında baş verən psixoloji ab-havanı Ermənistanı cəmiyyətinin acizliyi və ya münaqişənin həllini gözləməkdə yorulmasına verdiyi reaksiya kimi qiymətləndirirəm. Ermənistan cəmiyyətində yaranan belə bir vəziyyət Dağlıq Qarabağ münaqişəsində sənədin imzalanmasına müəyyən təsir göstərəcək. Amma orada yaranan vəziyyət o demək deyil ki, Ermənistan rəhbərliyi Dağlıq Qarabağ münaqişəsini tənzimləmə haqqında sənədı imza atacaq".
M.Əhmədoğlu qeyd edib ki, Kazan görüşü ərəfəsində Ermənistanın atdığı addımlarda bir məsələ xüsusi diqqət çəkir: "O da bundan ibarətdir ki, Ermənistanı Kazan görüşününə təsir etməkdən ötrü özünün daxili resursları yoxdur. Ermənistan başa düşür ki, daxili resurları tükənib və indi o çalışır ki, Qafqaz regionu ətrafındakı vəziyyəti gərginləşdirsin. Hazırda Rusiyanın daxilində sonda kütləvi iğtişaşlara aparıb çıxaracaq məsələlərin hamısında ermənilərin bu və ya digər tərzdə adı hallanır. Bu yaxınlarda görəcəyik ki, Ermənistan Şimali Qafqazda vəziyyəti gərginləşdirməyə çalışır. Rusiyanın hərbi ekspertlərini oyuna cəlb etməklə Ermənistan çalışır ki, Rusiyada vəziyyət gərginləşsin, İranın bir tərəfi sökülsün, Şimali Qafqazda qan tökülsün, amma Ermənistanın Dağlıq Qarabağ münaqişəsindəki mövqeyinə bir şey olmasın".
Politoloqun sözlərinə görə, Kazanda imzalanması nəzərdə tutulan və Dağlıq Qarabağ münaqişəsinin həlli üçün baza prinsiplərini nəzərdə tutan sənəd 3 prinsip və 6 maddədən ibarətdir: "Dağlıq Qarabağ Kazan görüşü ərəfəsində biz istəyirik ki, Dağlıq Qarabağ münaqişəsi sülh yolu ilə həll olunsun. Amma Kazan görüşündə həm sənəd imzalana bilər, həm də imzalanmaya bilər. Azərbaycan hər ikisinə hazırdır. Azərbaycan dəqiq bilir ki, sənəd imzalansa hansı işləri həyata keçirəcək, hansı halda nə addımı atacaq. Eyni zamanda, Kazanda sənəd imzalanmasa belə görəcəyi işləri artıq məlumdur".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB