"Prezident cənab İlham Əliyev oktyabrın 8-də Türkmənistanın Türkmənbaş şəhərinə işgüzar səfər etmiş və bir sıra görüşlər keçirmişdir ki, bu da Azərbaycan Respublikasının xarici siyasəti və regional əməkdaşlıq baxımından mühüm əhəmiyyət kəsb edir. Səfərin əsas məqsədlərindən biri də Azərbaycan və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət Görüşü olub. Bu görüşdə Azərbaycanla yanaşı Türkmənistan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan və Tacikistanın dövlət başçıları bir araya gəliblər". Bu sözləri SİA-ya açıqlamasında sabiq deputat Kamilə Əliyeva deyib.
Onun sözlərinə görə, bu görüşü Azərbaycanın xarici siyasəti baxımından çox əhəmiyyətli hesab etmək olar:
"Belə ki, Azərbaycan son illərdə Mərkəzi Asiya dövlətləri ilə əlaqələrini əhəmiyyətli dərəcədə genişləndirib. Bu əlaqələr yalnız siyasi münasibətlərlə məhdudlaşmır. Nəqliyyat, logistika, enerji, ticarət, investisiya, humanitar və mədəni sahələrdə də əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar yaranır.
Mərkəzi Asiya ilə Azərbaycan arasında əlaqələrin inkişafında coğrafi amil də mühüm rol oynayır. Belə ki, Azərbaycan Xəzər dənizi vasitəsilə Mərkəzi Asiya dövlətlərini Cənubi Qafqaz və Avropa istiqaməti ilə birləşdirən mühüm nəqliyyat və logistika mərkəzlərindən biridir. Bu konteksdən yanaşaraq ölkəmizin region dövlətləri ilə əməkdaşlığının güclənməsi həm
Azərbaycanın iqtisadi imkanlarını genişləndirir, həm də regionlararası əlaqələrin inkişafına xidmət edir. Prezident cənab İlham Əliyev öz çıxışında Azərbaycanın bu formatda iştirakının əhəmiyyətinə toxunub. Azərbaycan artıq Mərkəzi Asiya dövlətləri ilə əməkdaşlıqda daha fəal və institusional şəkildə iştirak edir ki, bu da ölkəmizin regional münasibətlərinin strateji xarakter daşıdığını göstərir. Bu görüşdə bir sıra sənədlərin imzalanması dövlətlərarası əməkdaşlığın daha sistemli inkişaf etdirilməsi baxımından böyük əhəmiyyət daşıyır. Görüş çərçivəsində Prezident cənab İlham Əliyevin Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədovla keçirdiyi ikitərəfli görüş zamanı Azərbaycan - Türkmənistan münasibətlərinin son illərdə dinamik inkişaf etdiyi xüsusi vurğulanır. Belə ki, dövlət başçıları arasında qarşılıqlı səfərlərin intensivləşməsi siyasi münasibətlərin möhkəmlənməsinə, yeni əməkdaşlıq istiqamətlərinin müəyyənləşdirilməsinə və mövcud layihələrin sürətləndirilməsinə şərait yaradır.
Prezident cənab İlham Əliyevin Türkmənistana səfəri bir daha göstərdi ki, Azərbaycan regionda sülhün, sabitliyin və iqtisadi əməkdaşlığın gücləndirilməsinə xüsusi əhəmiyyət verir və bu görüş Azərbaycanla Mərkəzi Asiya dövlətləri arasında strateji tərəfdaşlığın genişlənməsi baxımından mühüm siyasi hadisə kimi qiymətləndirilə bilər".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB